Опубликовано:
Bakı, 29 mart (AzərTAc). Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi” adlı ikicildlik kitabın təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, “Azərbaycan” qəzetinin redaksiyası tərəfindən hazırlanmış bu kitab müasir müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilmişdir.