Django Mango

Azərbaycanda 60 dərəcə isti

71 227
0
0
05:14

Опубликовано:

2011-ci ilin iyul ayının 28-dən 31-dək gün vurma nəticəsində 3 nəfər Bakıda dünyasını dəyişib.

Bu cür istihava şəraitində günorta saatlarında özünüzü günəş şüalarından qorumağa çalışın.

Avqust ayına olan hava proqnozu:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir.
Yağıntıların ay ərzində Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ortalarında arabir güclənən şimal küləyinin üstünlüyü temperaturun ötən günlərə nisbətən aşağı enəcəyinə və norma daxilində tərəddüd edəcəyinə səbəb olacaq.

Bakıda və Abşeron yarımadasında:
Orta aylıq temperaturun 27-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 4-7 mm) olacağı gözlənilir.

Следующее видео