Django Mango

Azərbaycan torpaqlarının Ermənistana verilməsi xronologiyası 1918-1991

353
0
0
07:03

Опубликовано:

Qarabağ Xronikası
Videoda 1918-20-ci illərdə Azərbaycan torpaqlarının Ermənistana verilməsindən və həmin dövrdə gedən siyasi proseslərdən bəhs olunub.
Bildirilib ki, regionda siyasi arenaya yeni çıxan kommunistlər bir tərəfdən, digər tərəfdən isə Britaniya Azərbaycan torpaqlarına yiyələnmək niyyəti ilə erməni daşnak dəstələrini silahlandıraraq bölgədə xaos və hərc-mərclik yaradıblar:
“Həmin dövrdə türklər də strateji maraqlarını qorumaq üçün proseslərə müdaxilə etmək məcburiyyətində qalırlar və bütün bu proseslərin mərkəzində isə həm də Naxçıvan dayanırdı”.
Qeyd edilib ki, 28 may 1918-ci il tarixində Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan sərhədləri müəyyənləşir:
“AXC müxtəlif obyektiv səbəblərdən elan etdiyi ərazilərə nəzarət edə bilmədiyi üçün 1918-ci ilin iyununda Batum sülh konfransında 114.000 kvadratkilometr olan Azərbaycanın əraziləri 99.909 kvadratkilometr sərhədlərində təsdiq edilir və tanınır. Beləliklə, AXC-dən qopan Naxçıvan olur”.

Следующее видео