Ramin

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın mədəniyyət və kommunikasiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

100 737
0
0
01:41

Опубликовано:

Bakı, 9 mart (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Mədəniyyətlə bağlı keçirilən çoxsaylı tədbirlərə toxunan Prezident İlham Əliyev əlaqələrimizin sürətli inkişafında bu tədbirlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın Fransada təqdimatı çərçivəsində mədəniyyət sahəsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Bakıda təşkil olunacaq sərginin də bu sahədə əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini dedi. Dövlətimizin başçısı Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran dedi: “Cənab Prezident, qəbula görə Sizə minnətdaram, atanız Heydər Əliyevin layiqli davamçısı kimi Sizinlə görüşümdən böyük şərəf duyuram”.
Nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək onun təşəbbüsü ilə Fransada keçirilən təqdimat tədbirlərinin Azərbaycanın tanınmasında böyük rol oynadığını qeyd etdi. Bakıda keçiriləcək “Fransa inciləri. Fransız incəsənəti Renessansdan bu günədək” sərgisinin də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunduğunu vurğulayan Frederik Mitteran ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın bir sıra istiqamətlərdə genişləndirməyin zəruriliyini bildirdi.

Следующее видео