WEB Dizayn Studiya

Axtarış Sistemlərinə Optimallaşdırma: Daxili və Xarici SEO - WEB

108 949
0
0
13:12

Опубликовано:

Bu bloq yazımızda Daxili və Xarici SEO (Search Engine Optimization, yəni Axtarış Sistemlərinə Optimallaşdırma) işlərin köməyilə websaytı Google kimi axtarış sistemlərinə optimallaşdırmaqdan danışacağıq.

Sayt açmaq, ona ziyarətçilər toplamaq internetdə asan pul qazanmağın yollarından biridir. Hər halda yeni sayt açmaq istəyənlərin çoxu belə olduğunu düşünür. Bugün WordPress kimi CMS-lərin köməyilə websayt yaratmaq olduqca asanlaşıb. Bəs ziyarətçiləri ora necə, hansı yolla gətirəcəyik?

Aparılmış bir çox statistikalara görə internetə girənlərin 93%-i ilk səhifə olaraq axtarış sistemlərini açır. Onların da 68%-i Google işlədir. Bu statistikaya inanmaya bilərik, ancaq göstərilən %-ləri aşağı götürsək belə yetərincə böyük rəqəmlər alırıq.

Alexa statistikalarına görə isə Google.az, Google.ru və Google.com Azərbaycanda ən çox ziyarət edilən saytlardır. Buna görə də sayt açaraq asan gəlir mənbəyi tapmaq, ya da informasiya yaymaq istəyən hər kəs saytların axtarış sistemlərinə necə optimallaşdırılması haqqında anlayışı olmalıdır.

Yəqin eşitmisiniz, ya da bizim əvvəlki bloq yazılarımızdan SEO-nun nə olduğunu oxumusunuz – bu İngiliscə Search Engine Optimization sözlərinin baş hərfləridir. Mənası axtarış sistemlərinə optimallaşdırma olsa da bütün dillərdə elə qısaca olaraq SEO adlandırılır.

Bəs saytı axtarış sistemlərinə optimallaşdırmağa hansı işlər daxildir? Sayt ziyarətçilərinin sayını çoxaltmağa (saytın trafikini artırmağa) xidmət edən bütün çalışmaların toplusuna qısaca olaraq SEO deyə bilərik.

Daxili və Xarici SEO

Saytları axtarış sistemlərinə optimallaşdırmaq üçün həm saytın daxilində, həm də saytdan kənarda – başqa saytlarda bir sıra işlər görülməlidir. Beləcə SEO daxili və xarici kimi 2 qrupa bölünür.
Bu işlər paralel aparıla bilər, ancaq mən düşünürəm ki, öncə saytın içini düzəltdikdən sonra kənardan əlavə ziyarətçilərin gətirilməsini düşünsək daha yaxşı olar.
Belə düşünək ki, sayt yeni tikəcəyiniz evdir, ya da online marketə bənzətsək, sizin açdığınız yeni dükandır. Aşağıdakı 2 hal ola bilər:
1-cisi mağazanın qarşısını abadlaşdırmaq, yaxşı reklam etməklə ora çox sayda ziyarətçilər toplaya bilərsiniz, ancaq içəri qirənlər döyüş meydançasını xatırladan mənzərə (CSS) ilə qarşılaşarsa, malların səliqəli, gözoxşayan düzülüşü (dizayn) olmazsa, ya da onu heç kəs qarşılamazsa (əlaqə bölümü), məhsullar haqqında heç bir informasiya tapa bilmirsə (content), çətin ki, orada çox qalsınlar (Google trust).
2-ci halda – dükanın içini nə qədər gözəl quraşdırmaqdan asılı olmayaraq, girişi çox çətindirsə (domen adı), yaşayış məntəqəsindən uzaqdadırsa (domen uzantısı, ya da subdomen), axtarıb tapmaq çətindirsə (Search Engine Optimization), heç kəs tanımırsa (backlinks), onun haqqında ya danışılmır, ya da pis söz-söhbətlər gəzirsə (Social Media Marketing), reklamı yoxdursa (Search Engine Marketing) çətin ki, alıcı tapasınız.

Daxili SEO

Saytın içində nə varsa hamısı Daxili SEO ilə bağlıdır. Axtarış sistemlərinin qoyduğu tələblər, üstünlük verdiyi saytlar doğru-düzgün yaradılmış olanlardır. Buna görə də sayt düzəltməyi öyrənməyə daxili SEO-dan başlamaq olar.
Saytın İçəriliyi (Content)
Bil Qeytsin 1996-cı ildə dediyi kimi content şahdır: “Mən inanıram ki, internetdə əsl pullar content olan yerdə qazanılacaq.”
Google çalışır ki, axtarışa uyğun ən geniş məlumatları versin. Əgər Google-un müştərisi (ziyarətçi) istədiyini axtarıb-tapıb ala bilirsə o, xoşbəxtdir. Deməli, sayt nə qədər dolğun və böyükdürsə, axtarış sistemləri tərəfindən o qədər yüksək dəyərləndiriləcəkdir. Həm də belə görünür ki, bu trend hələ uzun zaman belə qalmağa davam edəcək.
Google kimi bütün axtarış sistemləri axtarılana uyğun ən geniş və tam cavabları verməyə calışır. Bunu isə düşünmək olar ki, ən böyük içəriliyi olan saytlardan tapmaq olar. Biz də sayt açarkən güclü SEO qurmaqla birlikdə böyük content yaratmalıyıq.
SEO həyatımızdakı başqa işlərdən fərqlənmir – uğurlu nəticə zəhmət dolu çalışmalardan sonra gələcək.
Ən yaxşı marketinqin sizin pis məhsullarınızı sata bilməyəcəyi kimi professional şəkildə qurulmuş SEO da gərək olan content qurulmadan işinizə yaramayacaq.
Saytın içəriliyinin qurulması, ya da ingiliscə desək – contentinin yaradılması heç bitməyən bir işdir, çünki vaxt keçdikcə yenilənməyən sayt heç kimə maraqlı olmaz. Axtarış sistemləri də bu səbəbdən vaxtaşırı yenilənən saytları daha ilk səhifələrdə göstərməyə çalışır.
Sadəcə lazımlı informasiyanı maraqlı formada gözəl dizayn etmək – budur insanların sayta marağını artıran. Ancaq axtarış motorlarının lazımlı informasiya, maraqlı forma və gözəl dizayn anlayışları bir balaca fərqlidir. Bunun üçün saytın içindəki yazılarda aşağıdakı taktikalardan yararlanmalıyıq:
Səhifələrin Meta-Data Əmrləri – Title, Description və Keywords
Google axtarış nəticələrini göstərərkən web səhifənin başlığı kimi Title, onun altında qısa açıqlama kimi Descriptionda yazılanlardan faydalanır. Keywords açarsözləri səhifədə hansı kəlmələrin əsas olduğunu xəbər verir.
Qalın Hərflərlə Yazılmış Sözlər
Oxucuların fikrini çəkdiyi kimi axtarış sistemləri də ilk olaraq qalın (Bold) hərflərlə yazılmış sözləri əsas tutur. Bunun üçün səhifənin ən önəmli parçalarını əmrinin içində yazmağa çalışın.
Web-Səhifənin Birinci Cümləsi və İlk Sözləri
Axtarış sistemləri də saytın oxucuları kimi oxumağa ilk cümlədən başlayır və başlanğıc maraqsız olarsa (daha dərininə getsək, açarsözlərinə qarşılaşmazsa) həmin səhifəni axtarılan sözlərə uyğun nəticələrdə yüksək dəyərləndirməz.
Websaytın URL Strukturunun Qurulması
Səhifələrin web-ünvanları insanların anlaması üçün aydın sözlər olmalıdır. Heç bir mənası olmayan kodların yerinə nədən danışıldığını anlatmaqla həm ziyarətçilərin, həm də Google kimi başqa axtarış sistemlərinin marağını cəlb etmək olar.
H1 Başlığı və H2-dən H6-ya Qədər Alt-Başlıqlar
Websaytın hər bir səhifəsinin yalnız bir dənə və unikal H1 başlığı olmalıdır. Yaxşı olar ki, bu Title ilə eyni olsun. Əlbəttə ki, daxilində ən önəmli açarsözləri olmaqla. Sonrakı başlıqlar isə ardıcıllıqla önəmliliyini itirir: H2 və H3 daha vacib sayılsa da, H4-H6 alt-başlıqlarının olub-olmamasının o qədər də önəmi yoxdur.
Saytın Eyni Mövzuda Olan Başqa Səhifələrinə Keçidlər
Əgər saytın bu səhifəsində söhbət saytın daxili SEO-sundan gedirsə, o zaman saytdakı daxili SEO və SEO səhifələrinə keçidlərin olması önəmlidir. Əlbəttə ki, həmin səhifələrdə URL ünvanlarda uyğun sözlərin olması (bizim misalda, daxili və SEO sözlərinin) gərəkdir. Bu axtarış sistemlərinə səhifədə mövzu ilə bağlı tam informasiya olduğunu göstərir.
Səhifədən Başqa Saytlara Uyğun Linklər Olmalıdır
Saytın öz səhifələri daxilində uyğun keçidlərin olması ilə birlikdə başqa saytlara da keçidlər (Linklər) olmalıdır. Əlbəttə, istinad edilən saytların uyğun sözlərə görə axtarış nəticələri yüksək olmalıdır. Ümumiyyətlə, saytdan yalnız yaxşı göstəricilərə malik saytlara keçidlərin verilməsi lazımdır.
IMG Şəkil Kodlarında Alt-Yarlıqlar Yazın
Optimallaşdırmaq istədiyiniz açarsözləri foto və başqa qrafik şəkillərin ALT taglarına (yarlıqlara) yazın. Şəkillərə açarsözlərinə uyğun adlar qoyun. Misal üçün, 314.jpg nə ziyarətçilər, nə də axtarış sistemlərinə şəkil haqqında heç nə demir. Ancaq web-dizayn-studiya-loqo.jpg həm insanlara, həm də Google-a bu şəkilin WEB Dizayn Studiyasının loqosu olması haqqında informasiya ötürür.
http://www.web.com.az/wp-content/uploads/2016/10/Saytlarin-Daxili-ve-Xarici-SEO-su.jpg” alt=”Saytların Daxili və Xarici SEO-su”>
Keywords Açarsözlərinin Sıxlığı
Əgər 500 sözlük bir məqaləniz varsa, onlardan 25-40 arasının açarsözləri (keywords) olmasında bir yanlışlıq olmaz. Ancaq bir səhifədəki sözlərin 5-8 %-dən çoxu açarsözü olarsa, bu artıq axtarış sistemlərinin gözündə spam (tullantı) kimi görsənə bilər. Bu hələ başlanğıcdır: gərəkli açarsözlərinin seçilməsi, düzgün yazılması, dəqiq işlədilməsi haqqında uzun-uzadı araşdırmalar aparmaq olar və mütləq aparacağıq da. Gələcək bloq yazılarımızı izləməyi unutmayın.
Rəylər Bölümünün Optimallaşdırılması
Rəylər bölümü bir sıra durumlarda yeni ziyarətçilərə yardım etmiş olur. Qaranlıq qalan məqama bir dəfə cavab verməklə sonradan bütün qonaqların onu oxuya bilməsini sağlamış olarsınız. Yeni sual, rəy, şikayət və təkliflərin səhifənin vaxtaşırı yenilənməsinə gətirib çıxarar. HTML dəstəkli rəylər saytın contentinin böyüdülməsində mühüm tol oynayar.

Xarici SEO

Websaytın tanıdılması üçün saytdan kənarda görülən işlər Xarici SEO-dur. Saytdan uzaqda görülən işləri əsasən aşağıdakı 3 qrup altında toplaya bilərik:
Link Building
Reputation Management
Social Media Engagement
Link Building – Saytın xaricində görülən bütün işlər geriyə – sayta keçidlər almaqdan ibarətdir. Bir sayta nə qədər çox keçid varsa, kimlərinsə həmin keçidlərlə saytı ziyarət etmə ehtimalı da bir o qədər böyük olar. Ancaq başqa saytlardan geriyə keçidlərin toplam sayı xarici SEO üçün önəmli deyil. Doğrudur, əvvəllər bunun böyük üstünlüyü var idi. Beləliklə, çoxlu backlinklər toplayan qara SEO-çuların sayı çoxalmağa başladı.
Reputation Management – İndi Google kimi böyük axtarış sistemləri backlinklərin sayını deyil, keyfiyyətini ölçməyə başladı. Artıq olduqca çox backlink yox, güvənli və daha yaxşı göstəriciləri olan saytlardan keçidlər olmalıdır. GOV və EDU uzantılı saytlardan geri-keçidlərin alınması çox çətin olacaq, ancaq SEO üçün bu domenlərdən verilmiş geri-bağlantıların dəyəri olduqca böyükdür.
Pis səhifələrdən keçidlər isə əksinə – saytın online reputasiyasını düşürəcək. Hətta belə backlinklərin olmasındansa, olmaması daha yaxşıdır, onları silməyə çalışın.
Social Media Engagement – Bugün Sosial Medialar o qədər geniş yayıldı ki, artıq Google kimi axtarış sistemləri də bunu axtarışda dəyərləndirmə göstəricisi olaraq görür: axtarış motorları saytınızın səhifələrinin nə qədər böyük insan əhatəsində danışılmasını Social Media Engagement adı altında toplayır. Buna görə də Sosial Media Marketingə Link Buildingin bir parçası olmaqla birlikdə yeni bir göstərici kimi də baxa bilərik.

Ardı: http://www.web.com.az/axtaris-sistemlerine-optimallasdirma-daxili-ve-xarici-seo/

Следующее видео