Django Mango

Arxadan vurulan zərbə (1977)

443
0
0
1:18:14

Опубликовано:

Şəhərdən rayona, qardaşı oğlunun yanına gələn Qəmərli elə həmin gecə öldürülür. Şübhəli səbəblər olaraq eşq məsələsi, namus məsələsi, saat oğurluğu faktları görülür. Amma vacib bir detal var: Qəmərli keçmiş orqan işçisidir.

Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub.

Film ali kateqoriyaya layiq görülüb.

Film Elçin Əfəndiyevin “Ox kimi bıçaq” povestinin motivləri əsasında çəkilib.

Çəkilişlər Mingəçevirdə, Xaçmazda, Zaqatalada, Şəkidə, Pirəküşgüldə aparılıb.


Rejissor: Arif Babayev
Ssenari müəllifi: Elçin Əfəndiyev
Operator: Valeri Kərimov
Rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Xəyyam Mirzəzadə

Rollarda: Şahmar Ələkbərov (Gündüz), Adil İsgəndərov (Dadaşlı), Yusif Vəliyev (Fəttah), Hamlet Xanızadə (İmaş), Amaliya Pənahova (Ziba), Akif Əli (Fazil), Rasim Balayev (Cəbi), Həsən Məmmədov (Qəmərli), Rafiq Əzimov (Hüseynov)

İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 03.10.1978
Janr: macəra, detektiv

Следующее видео