Partner Partner

Anasından gündə bir manat alan "narkobaron"

49 161
0
0
04:48

Опубликовано:

Bura Qiyas İbrahimovun 22 ildir yaşadığı evidir. Qiyas İbrahimov Gül bayramının keçirilməyinə etiraz olaraq, Heydər Əliyevin büstünə "Qul bayramınız mübarəkdir" yazandan iki gün sonra DİN onun yaşadığı mənzildən 1 kq heroin tapdığını açıqlayır. Anası Şura xanım deyir ki, evlərinə axtarışa gələnlər axtardıqları narkotiki onun öz yatağına qoymuşdular.
1991-ci ildən bu təkotaqlı evdə yaşayırlar. Ana deyir ki, oğlu həbs olunandan sonra evdə özünə yer tapa bilmir. 51 yaşlı Şura Əmiraslanova mağazada satıcı işləməklə oğlunu böyüdüb.
Şura Əmiraslanova deyir ki, oğlu heç vaxt siqaret çəkməyib. O, oğlunun və onunla eyni vaxtda tutulan Bayram Məmmədovun başına gələn işgəncələri eşidəndə böyük sarsıntı keçirib.
Şura xanım danışır ki, Qiyasın arzusu jurnalist olmaq idi. Kitab oxumağı da çox sevirdi. Tez-tez intellektual yarışmalarda iştirak edib, mükafatlar alırdı.
Ana oğlunun başına gələnləri böyük ədalətsizlik hesab edir. Tutulandan oğlunu görməyən Şura xanım onunla son görüşünü belə xatırlayır.


Следующее видео