Django Mango

Ad günü (1977)

536
0
0
1:12:16

Опубликовано:

Əxlaqi-etik problemlərə toxunan filmdə cəmiyyətin müxtəlif pillələrində durmuş uşaqlıq dostlarından bəhs olunur. Qəhrəmanlar müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlardır.

Film Mərkəzi Televiziyanın sifarişi ilə Rüstəm Ibrahimbəyovun “Ad günü” və “Ezamiyyət” hekayələrinin motivləri əsasında çəkilib.

Rejissor: Rasim Ocaqov
Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Operator: Zaur Məhərrəmov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Emin Sabitoğlu

Rollarda: Hacı İsmayılov (Mustafa), Şəfiqə Məmmədova (Fəridə), David Uplisaşvili (Əli), Şükufə Yusupova (Rəna), E.Qasımov (Əlinin oğlu), Sədayə Mustafayeva (Əlinin anası)

İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 23.01.1978 (Moskva televiziyası)
Janr: lirik-psixoloji dram

Mükafatlar:
VIII Ümumittifaq Televiziya Filmləri Festivalı - I mükafat (1979, Bakı)
ADR Televiziyasının diplomu (1980, Berlin / ADR)
Azərbaycan Dövlət Mükafatı (1980, Bakı)

Следующее видео