Опубликовано:
İstirahət günündə paytaxt sakinləri və qonaqları Eurovision ulduzlarının iştirakı ilə möhtəşəm layihə gözləyir.Aprelin 29-da Eurovision Mahnı Müsabiqəsi 2012-nin Azərbaycandakı rəsmi Fan Klubunun təşəbbüsü ilə gerçəkləşdirilən layihənin hazırlıqlarına başlanılıb. Eurovision.az saytı xəbər verir ki, hazırda Dənizkənarı Milli Parkda açıq səma altında səhnə quraşdırılır. Konsertdə populyar müğənni Emin Ağalarov hit mahnıları ilə bütün Eurovision fanlarına dəstək olacaq. Həmçinin Eurovision ulduzları-Gürcüstanın Eurovision 2012 təmsilçisi Anri Joxadze, ölkənin Eurovision 2008-ci ildəki iştirakçısı Diana Qurtskaya, Ukraynalı müğənni Ani Lorak çıxış edəcək. Tədbirə Azərbaycanın Eurovision 2010 təmsilçisi Safura Əlizadə, Eurovision 2011-in qalibləri Eldar və Nigar, eləcə də digər tanınmış müğənnilər də qoşulacaq. Beləliklə, sabah həm paytaxt sakinləri, həm də qonaqları möhtəşəm şou, xoş əhval-ruhiyyəli konsert gözləyir.
Over the weekend Baku residents and guests will witness a grand project with participation of Eurovision stars.Preparations have started for the concert to be held on the 29th of April with initiative of Azerbaijan's official Fan Club for the Eurovision Song Contest. According to eurovision.az, a stage is being mounted under the open sky in the National Seaside Park. A popular singer Emin Agalarov will support Eurovision fans with hits in the concert. Eurovision stars--Eurovision 2012 representative of Georgia Anri Jokhadze, Georgia's contestant at Eurovision 2008 Diana Gurtskaya, Ukrainian singer Ani Lorak will also perform in the concert. Azerbaijan's representative at Eurovision 2010 Safura Alizade, Eurovision 2011 winners Ell & Nikki and other well-known singers will participate in the event. So tomorrow city residents and guests will see an inspiring concert and a great show.
eurovision.az