WEB Dizayn Studiya

15 İpucu - Yeni Startup üçün İdeya Tapmaqdan Asan Nə Var

106 574
0
0
13:36

Опубликовано:

Startup layihəsinə başlamaq üçün 5 baza prinsipini nəzərdən keçirərkən də vurğuladığımız kimi ən önəmli olan ideyadır. Hər bir startup üçün ideya yolun yarısıdır. Bəs bu ideya necə olmalıdır və onu necə-haradan tapmaq olar?! Yenilikçi, innovativ mərkəz olaraq hər zaman yeni ideyalar üzərində düşünməli oluruq. Hərdən yeni ideya tapmaq üçün işdən – düşündüyümüz məsələdən tamamilə uzaqlaşmaq lazım gəlir. Axı axtardığımız ideyaların çoxusu gözümüz önündədir və biz sadəcə onları görmürük.
1. Startup İdeyası Tapmaq üçün Öz Çalışma Sahənizi Seçin
Anlayışımız olmadığı bir sahədə yenilik edə bilmərik – məncə hər kəs asanlıqla bu fikirlə razılaşar. Öz ixtisasınızı, ya da dərindən bildiyiniz bir sahədə yenilik etmək şansınız böyükdür. Deməli, yeni ideya tapmağa yalnız və yalnız öz peşəkar biliklərinizi artırmağa çalışmaqla başlamalısınız. Nə qədər çox bilikli olsanız o qədər də çox çatışmamazlıqları və boşluqları görməcəksiniz. Oxuyaq, araşdıraq və öyrənək. Nəysə itirəcəyinizi düşünmürəm. Hətta zamanınız da boşuna getməz, çünki öz peşənizdə daha çox bilmək karyera yüksəlişinə gətirər.
2. Bildiklərinizi Başqalarına Öyrətməkdən Çəkinməyin
Bunu belə əsaslanrırardım ki, öyrədərkən daha yaxşı öyrənmək olur. Çox asan birşeyləri kiməsə başa saldıqda belə əvvəlcədən gözümüzdən qaçmış xırdalığı görə, ya da unutduğumuz bir məsələ ilə qarşılaşa bilərik. Hər şeyi bilirəm, heç nəyi unutmaram deyirsinizsə belə, bu sizin sahəyə daha aşağıdan – başlanğıc mərhələdən baxmağınıza kömək edəcəkdir. Həm də heçnədən xəbəri olmayan birinin gözü ilə. Beləcə yenilik tapmaq üçün başqa bucaqdan baxmış olacaqsınız.
3. İdeyanın Gerçəkləşməsində Əhatənin Rolu Böyükdür
Əhatə dairəsini məndən də çox önəmli sayanlar var. Bir yolu tək yürümək hər zaman çətindir. İnternet məsafələri nə qədər yaxınlaşdırmasına baxmayaraq real həyatdakı tanışların mövqeyi fikirlərimizi dəyişməyə təsir edir. Hələ heç kəs israrla heçnəyi dəyişməməyə çalışırsa sizin yeni fikirlərinizə razı olmaya bilərlər. Hərşeydən narazı insanlar isə əksinə – özləri bunun fərqinə varmadan necə bir dəyişiklik etməyin yaxşı olabiləcəyi haqqında sizə önəmli ipucları verə bilər.
İdeyanı tapdıqdan, startupa start verdikdən sonra da onun irəliləməsi, ideyanın açılması və həyata keçirilməsi üçün iş mühitinin, əməkdaşların, partnyorların və hətta rəqiblərin rolu böyükdür.
4. Startupın Başqalarına Faydalı Olması Önəmlidir
Maraqlı, əyləncəli startuplar az deyil. Ancaq nə qədər faydalı ideyanız olarsa uğur qazanmaq şansınız o qədər böyük olacaq. Başqalarına yardım etmək, insanların işini asanlaşdırmaq startup ideyanın başında dayanmalıdır. Doğrudur, startupın əhatəsi mümkün qədər qlobal olmalıır, ancaq milyon qazanmaq haqqında yox, məhz kömək etmək barəsində fikirləşməlisiniz.
Belə bir startupa misal olaraq Azərbaycanlı mütəxəssislər tərəfindən yaradılmış BethClip startupını göstərə bilərəm. Rəşid bəyin komandası ilə yaratdığı bu uyğulama sayəsində müxtəlif əməliyyat sistemlərində çalışan qurğuların yaddaşındakı faylları bulud deyilən bir sahədə saxlayaraq, asanlıqla bütün qurğular arasında paylaşmaq olur.
5. İdeyanız Gələcəyə Doğru Hesablanmalıdır
Hələ startupın bir müddət sonra gerçəkləşəcəyini düşünsək sadəcə yaxın günlər üçün aktual startup ideyası ola bilməz. Ciddi marketinq araşdırması aparılmalı və startup ideyası gələcəyə doğru hədəflənməlidir. Gələcəkdə yaşamağa çalışın.
Nümunə olaraq yuxarıda haqqında danışdığımız BethClip uyğulamasına baxaq: istifadə etdiyimiz qurğuların sayı getdikcə artmaqdadır. İndi hərkəs ən azı 2 qurğu – smartfon və netbukdan istifadə etmək məcburiyyətində qalıb. İş kompyuteri, planşet kimi cihazların sayı və çeşidi artmaqdadır. Məncə tam gələcəyə düşünülmüş bir proyektdir.
6. Startup İdeyasını Çətinliklərdə Axtarın
4-cü ipucunda dediym kimi startup başqalarına faydalı olmalı, insanların işini asanlaşdırmalıdır. Çətinlikləri isə öz işimizdə asanlıqla görə bilərik: elə öz işinizdəki (1-ci ipucu) çətinliklər haqqında düşünməyə və çıxış yolları axtarmağa başlayın. İstənilən qarışıqlıq, maneə, xoşagəlməz hallar yeni ideyanın yaranması üçün əsas ola bilər.
Buna misal olaraq ölkəmizin daxili siyasətinə çox böyük təsir etmiş bir layihəni göstərmək istərdim: ASAN Xidmət. Yerli polis bölməsinə özümü oğru kimi hiss etdiyimdəm şəxsiyyət vəsiqəmi dəyişməyə belə getmək istəmirdim. Bəlkə də bu onların peşələrindən yaranmış bir baxışdır: hər kəsə cinayətkar kimi baxmaq. İndi ASAN Xidmət bir çox dövlət qurumlarının işini əlindən almışdır. Həm də pulsuz olan xidmətləri çox kiçik də olsa xidmət haqqı qarşılığında gözəl şəkildə təqdim edir. Hətta burada işləmək istəyən könüllü ordusu da var.
Yeni-yeni ideyaların yaranması üçün nə qədər problem var? İşsizlik, aclıq, yoxsulluq, epidemiyalar, su və ərzaq qıtlığı, cinayətkarlıq, yol tıxacları, ətraf mühitin çirklənməsi, qlobal istiləşmə, rüşvətxorluq, təhsilsizlik və təhlükəsizlik kimi problemlər haqqında mümkün qədər çox araşdırmalar aparın.
7. Var Olan, Ancaq Bəyənilməyənləri Dəyişməyə Çalışın
Yeni nə isə tapmaq çox çətin gəlir? Amerikanı tapıblar, hələ Hindistana getmək üçün ondan da qat-qat asan yollar tapılıb. Yeni bir nəysə tapmağa gərək yoxdur, olanları dəyişin. Düşünün, insanların çətinlikləri hardadır, harada vaxt və pul itiririk (İpucu 6)!?
Misal üçün, ASAN Xidmətə bir tapıntı deyə bilmərik, Amerika da kəşf edilməyib. Daha sadə olmaqla böyük (ola bilər ki, monopolist) qurumlara belə meydan oxumaqdan çəkinməyin.
8. Yoxlamaq üçün Təkrar-Təkrar Düzəltməyə Çalışın
Yaxınlarınıza yardım etmək, faydalı olmaqdan başlayın. Onların çox çətinlik çəkdikləri problemi bir duruma əl gəzdirin və yoxlamasını xahiş edin. Birinci dəfədən alınmaya bilər, ancaq həvəsdən düşməyin, yeni ideyanın yaranmasına qədər dəyişdirin və təkmilləşdirin.
Hətta ən yaxşı ideyanın, startupın çatışmamazlıqları var. Onları tapın və həllini düşünün. Uğur yalnız o zaman gələcək ki, bu çatışmazlıqların aradan qaldırılması mümkün olsun.
9. Varlı Alıcıları Ucuz Mallara Qovuşdurun
Ucuz al, baha sat prinsipi artıq neçə yüzilliklərdir ki, özünü doğruldur. İnternetin inkişafı ilə Dünyanın başqa-başqa yerlərindəki alıcı və satıcıları bir-birilə görüşdürmək daha asan olub. Haradasa işləməyən boş zavod var, hardasa məhsul atılaraq zay olub gedir, ya da su qiymətinədir. Başqa yerdə su özü çox bahadır. Dünyanın başqa bir yerində isə çoxlu pul və böyük tələblər var.
Misal üçün, Upwork Dünyanın hər yanından olan bacarıqlı freelancerləri böyük şirkətlərlə qovuşdurur. Fiverr saytı yaradıcı və sənətkar insanların sifariş qəbul edəbiləcəyi platformadır, ebuy-da hər kəs öz online marketini qura bilər, Etsy isə əl işlərinin satıldığı saytdır.
10. Xarici Təcrübəni Köçürməkdən Çəkinməyin
Azərbaycanda bu gün startup sahəsində başladılan hər iş yenilikdir. Hətta startup deyib adi sayılabiləcək saytlar da açmaq olar. Böyük ideyalara gərək yoxdur, çünki başqa dillərdə olan layihələrin Azərbaycan versiyasını hazırlamaqla başlamaq olar.
Unutmaq olmaz ki, hər bir toplumun, hər bir innovasiya mərkəzinin ixtisaslaşma sahəsi fərqlidir.
11. Gəzintilərə Çıxın, Səyahət Edin və Dincəlin
1-ci ipucunda dediyim kimi – işinizdə professional olmalısınız və tam köklənməlisiniz. Yanlız bu zaman problemləri həll etmək üçün çıxış yolları tapmaq mümkün olacaq. Bundan öncəki ipucunda səyahətlərin xeyrli olabiləcəyindən yazmışdım. Bloq yazının girişində isə deyirəm ki, çox zaman ideyalar lap yaxında olur və onları görə bilməyiniz üçün bunları yazıram.. Bir az qarışıqlıq alındı.. istəyirsiniz bir az dinlənin, başqa birşeylər düşünün və sonra yenidən oxumağa davam edin..
Beləcə, hərdən işdən tamamilə uzaqlaşdıqdan sonra ideya özü-özünə qarşınıza çıxa bilər.
12. Sahibkar Biznesmen kimi Düşünün
Bir işi qurmazdan əvvəl onu düçüncələrimizdə canlandırmağımız önəmlidir. Xəyallar gələcəyi görməyimizə, hədəf və məqsədləri dəqiqləşdirməyimizə kömək edir. Xəyal qurmayan insan qanadsız quş kimidir. Özünüzü böyük bir biznesin sahibi kimi təsvir edin və böyük düşünməkdən çəkinməyin. Risklərdən qorxmayın.
13. Ağıllı İnsanlarla Söhbətlər Faydalı Ola Bilər
Bəzən yeni ideyalar danışıqlar zamanı yaranır. Ancaq bunun üçün də ağıllı, zamanına dəyər verən yenilikçi yoldaşlarınız olmalıdır. Əhatənizdəkilərin duyulmayacaq şəkildə önəmli yardımları toxuna bilər (İpucu 3). İş adamları çox vaxt başqalarının fikirləri ilə deyil, öz düşündükləri kimi hərəkət etməyi üstün tuturlar. Özünəsevgi duyğularınızın yeni başlanğıc şanslarının qarşısını almasına izin verməyin. Bəzi insanların ideyaları o qədər çox ola bilər ki, onları gerçəkləşdirmək üçün sadəcə zamanı yetmir. Onlardan bölüşməsini xahiş edin.
14. İki Fərqli Sahənin Toqquşduğu Nəqtələri Diqqətlə İzləyin
Hər kəs öz çalışdığı sahənin içində olduğundan, öz problemlərini daha yaxından duyduğu və başqalarından daha məlumatlı olduğu üçün ordakı çıxış yollarını da özünün tapması ehtimalı böyükdür (İpucu 1). Bu o demək deyil ki, başqa işlərlə maraqlanmayasınız. İki sahənin kəsişməsində hər zaman dəyişiklik və yeni tapıntı imkanları var. Tibb və satış, dövlət işləri və İT, mətbəx və pərakəndə satış kimi fərqli sahələrin kəsişdiyi yerlərdə yenilik edə bilərsiniz.
15. Siz İdeya Üçün Yox, İdeya Sizin Üçün Çalışsın
Özünüzü çıxılmaz duruma, daşıya bilməyəcəyiniz yükün altına salan deyil, bacarabiləcəyiniz ideyalar düşünün. Əgər həyata keçirə bilmirəmsə, mənim 10-larla ideyamdan kimə nə fayda?!
Buna görə mən çalışıram ki, startup ideyalarım həm də asan olsun ki, gücüm yetsin. Misal üçün, bizin WEB Dizayn Studiyanın sayt bloqunu keyfiyyətli məqalələrlə doldurmaq üçün nə qədər zaman itiririk. Ancaq Google, Facebook, YouTube, Alexa və Wikipedia kimi saytlar kontent yaratmaq üçün heç bir iş görmür, saytların bütün yazılarını istifadəçilər yazır. Bu cür startup ideyalarda yaradıcılar içərilik haqqında deyil, ideyanın daha da təkmilləşdirilməsi üzərində daha çox çalışa bilir.

Davamı: http://www.web.com.az/15-ipucu-yeni-startup-ideya-tapmaqdan-asan-ne-var/

Следующее видео