Опубликовано:
SMS-i yoxladıqdan sonra qadına mesaj yazan polis işdən çıxarıldı
Sosial şəbəkələrdə metronun "Koroğlu" stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədilə bir qadını saxlayan, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazan polis işdən çıxarılıb.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu barədə açıqlamasında bildirib ki, aparılan araşdırmalar zamanı polis əməkdaşı barədə irəli sürülən fakt təsdiqin tapıb:
"Polisə yaraşmayan davranışlarına görə Zahir Abbasov Daxili İşlər orqanlarından xaric edilib".