Опубликовано:
Обновлено:
Janr: Musiqili komediya, melodram.
Ölkə: Azərbaycan (SSR)
Rejissor: Hüseyn Seyidzadə.
Əsərin müəllifi: Üzeyir Hacıbəyov.
Ssenari müəllifi: Sabit Rəhman.
Operator: Əlisəttar Atakişiyev.
Rəssam: Cəbrayıl Əzimov, Nadir Zeynalov.
Bəstəkar: Üzeyir Hacıbəyov.
Səs operatoru: Əziz Şeyxov.
Rollarda: Məşədi İbad - Əliağa Ağayev, Sərvər - Arif Mirzəquliyev, Gülnaz - Tamara Gözəlova, Rüstəm bəy - Ağasadıq Gəraybəyli, Sənəm - Barat Şəkinskaya, Həsənqulu bəy - İsmayıl Əfəndiyev, Həsən bəy - Mustafa Mərdanov, Rza bəy - İsmayıl Osmanlı, Qoçu Əsgər - Möhsün Sənani ...
Film haqqında: Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər və Gülnazın böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.
Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.
Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir.
Film Azərbaycanın ilk rəngli bədii filmidir.