Опубликовано:
Обновлено:
Kino əsərinin mərkəzində Səidə adlı (Xuraman Qasımova) gənc qızın taleyi durur. Burada II Dünya Müharibəsi illərində kənddə adamları bir-birinə bağlayan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə həmyerlilərin şərik çıxmaları, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları əks etdirilmişdir.
Qeyd: Bu filmin birinci çəkiliş günündə faciəli hadisə baş vermişdi. Lənkəranın Port İliç (Liman) qəsəbəsində filmin ilk epizodunu çəkən zaman pirotexnik partlayış effektini yaratmaq üçün işə başlayır. Lakin texniki səhv ucbatından əsl partlayış baş verir. Nəticədə dörd nəfər – fotoqraf, iki assistent, rejissor Ramiz Əsgərov həlak olur. Beş nəfər isə yaralanır. Yaralılar arasında çəkiləcək filmin operatoru Rasim Ocaqov, aktyor Ələddin Abbasov da var idi. Sonradan Ağarza Quliyev, Tofiq Tağızadə filmi başqa quruluşda çəkmişlər.
Film yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.