Опубликовано:
Обновлено:
Ziyad xanın gözünün ağı-qarası oğlu Mahmud atasının bircəciyi olan keşiş qızı Məryəmə vurulur. Keşiş öz qızını dini dinindən olmayan oğlana verməyə razı olmur və övladını götürüb Gəncədən qaçır. İşə cadu-tilsim qarışır, aşiqlər toy günü bir-birinə qovuşa bilmirlər...
Film Azərbaycan yazıçısı Elçin Əfəndiyevin "Mahmud və Məryəm” əsəri əsasında çəkilib. Gəncə xanı Ziyad xanın oğlu Mahmudla keşiş qızı Məryəmin faciəvi məhəbbətindən bəhs edən ekran əsəri "24 kare film” (Türkiyə) və "Salnamə” (Azərbaycan) studiyalarının birgə istehsalıdır.
Film, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında türk dilindən Azərbaycan dilinə dublyaj olunub..