Опубликовано:
Обновлено:
Janr: Dram, Detektiv.
Ölkə: Azərbaycan.
İstehsalçı: "Azərbaycanfilm" Kinostudiyası.
Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Rejissor: Rasim Ocaqov
Operator: Rafiq Qəmbərov
Rəssam: Fikrət Bağırov
Bəstəkar: Emin Sabitoğlu
Səs operatoru: Vladimir Savin
Montaj: Gülşən Səlimova
Rollarda: Aleksandr Kalyagin, Həsən Məmmədov, Şəfiqə Məmmədova, Yelena Smirnova, Rasim Balayev, Yevgeni Lebedev, Tofiq Mirzəyev, Həsənağa Turabov, M. Hüseynov ...
Film haqqında: Ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdur.
Filmin mövzusu 60-cı illərdə ölkəmizdə baş vermiş hadisələr ətrafında cərəyan edir. Qeyd etmək lazımdır ki, o dövr üçün Sovetlər Birliyinin tərkibində olan sovet ölkəsində mafiyanın varlığından bəhs etmək böyük risq idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu, heç də asan başa gəlmədi. Çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daima xüsusi orqanlar tərəfindən dəstəklənirlər. Əvvəllər güləşmə üzrə məşhur idmançı olan Murad Əbiyev (Həsən Məmmədov) gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur. Müstəntiq Seyfi Qəniyev (Aleksandr Kalyagin) vicdanlı, güzəştə getməyən, billur kimi təmiz adamdır. Muradla bağlı işi apararkən o, belə nəticəyə gəlir: Əbiyev əsas cinayətkar deyil, o, pərdə rolunu oynayır, bu pərdənin arxasında isə əsl cinayətkar işbazlar durur. Onları üzə çıxarıb ifşa etmək lazımdır...