Опубликовано:
Обновлено:
Kiçik bir şəhərdə gənc usta Şamil (Şamil Süleymanov) yaşayırdı. Yaxşı papaq tikdiyinə, xeyirxah və şən xasiyyətinə görə hamı ona hörmət edirdi. O, varlı tacir Kəmyabın (Səyavuş Aslan) qızına (Ruhsanə Topçuyeva) vurulur, qız da onu sevir. Lakin ata qızını kasıba vermək istəmir. Dostları qızı qaçırmaqda Şamilə kömək edirlər. Lakin dostlar pul xatirinə Şamilə xəyanət edirlər və əməliyyat alınmır. İkinci dəfə isə Şamilə Kərbəlayi Zal (Əliağa Ağayev) kömək edir və qızı qaçırıb Şamilə gətirir, sevgililər vüsala çatırlar.
Film yazıçı Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Papaq" və "Bomba" hekayələrinin motivləri əsasında lentə alınmışdır.