WEB Dizayn Studiya

YouTube Video Kanalının SEO-su (Axtarış Sisteminə Optimallaşdırması)

19 908
0
0
11:17

Опубликовано:

Hər bir YouTube videosu və video kanalın özü başqa səhifələr kimi axtarış sistemlərinə optimallaşdırıla, SEO işləri aparıla bilər.
Məncə, YouTube videolarının Google axtarış nəticələrinin ilk səhifələrində necə dominantlıq etməsindən danışmağa gərək yoxdur. Həm də bu qaydanın yaxında dəyişiləcəyini gözləməyinə dəyməz: internetdəki ən böyük video paylaşma platforması olan YouTube elə Google-un özünə məxsusdur.
Həm Google axtarışlarında, həm də internetin ikinci ən güclü axtarış motoru olan YouTube saytında ilk sıralarda tapılmaq üçün aşağıdakı bir neçə taktikadan yararlana bilərsiniz.
1. Kanala Brend Görüntüləri Verin
Nə üçün YouTube strategiyasında kanala özəl brend görüntüsünün verilməsi önəmlidir?
Bununla siz sadəcə bir videoya baxan izləyiciyə (ola bilsin ki, potensial alıcınıza) böyük nəyinsə bir parçası görünüşü yaratmış olursunuz. Bu işdə sizə yardım üçün YouTube-un brending yaratma özəllikli funksiyaları (əlbəttə ki, ödənişsiz) var. Əgər böyük texnologiya şirkətləri bunu edirsə, siz niyə etməyəsiniz?!
Kanalın Channel Art deyilən parçasını özəlləşdirin
Kanalın sizin rəsmi kanalınız olduğunu göstərmək üçün Channel Art yazılan yerdən arxa fon şəkli (background) yerləşdirin. Yüksək keyfiyyətli və gördüyünüz ən yaxşı işləri özündə əks etdirən arxa fon şəkli kanalınızı daha cəlbedici edər. Rəsm ölçüsünün 2560×1440 piksel olması məsləhət görülür (qaynaq: YouTube Yardımı).
Başqa sosial şəbəkələrdəki səhifələrinizə keçidlər verin
Sosial mediada olan başqa profillərinizin linkini “Abunə ol” düyməsinin üst tərəfində yerləşdirmək imkanından yararlanın. Əlbəttə ki, ilk keçid (link) öz web-saytınız olmalıdır. Sonra GooglePlus, Facebook, Twetter və Instagram kimi ən böyük sosial şəbəklərdəki səhifələrinizin linkini yazın.
Haqqında bölümündə isə kanalla bağlı çox qısa açıqlama yaza bilərsiniz. Doğrudur, orada çox uzun yazmaq olmayacaq, ancaq qısa da olsa kanalın məqsədini açıqlamağa çalışın.
Kanalın düzülüşünə əl gəzdirin
Əgər YouTube kanalını bir dəfə doğrulasanız, sonradan videoların düzülüşünə istəyiniz qədər dizayn verə bilərsiniz. Misal üçün, elə etmək olar ki, kanala ilk dəfə gələn qonaqlar tanışlıq videosunu (channel trailer) görər. Bununla yanaşı, yenidən gələn ziyarətçilər onlar üçün önərilmiş videoların siyahısını görəcək.
Kanalda istənilən mövzuda və sayda videolara, ya da video sıralamalara (playlist) düzəlişlər etmək olar. Əgər sizin çox sayda videolarınız varsa, bu sadəcə gözəl dizayn yox, həm də ziyarətçilərin daha çox videoya baxmasına gətirib çıxarar.
YouTube kanalınıza gözəl tanışlıq videosu düzəldin (channel trailer)
Kanalın tanışlıq videosu (channel trailer) sizə özünüzü, ya da biznesinizi tanıtmaq üçün gözəl imkandır.
Filmlərdə olduğu kimi – yaxşı treylerə baxan izləyicilər daha çoxunu görmək istəyər. Yeni istifadəçilər səhifənin lap yuxarı hissəsində treyler kimi seçdiyiniz ən yaxşı videonu görər və beləliklə, abunə olanların sayı çoxalar.
YouTube kanalınız üçün yaxşı treyler hazırlamağa bir neçə ipucu verək:
Düşün ki, yeni izləyicinin nə harada olduğundan, nə də sizin haqqınızda heç bir xəbəri yoxdur;
Bacardığın qədər qısa ol;
Tamaşaçıları ilk saniyələrdən tutmağa çalış;
Danışma, göstər;
Tamaşaçılardan kanala abunə olmalarını xahiş et.
Özəl ilk görüntülər (thumbnails) yaradın
Düşünün bir, hər dəqiqə YouTube-a 400 saatlıq video yüklənir. Yüklənən videoların ortalama uzunluğunun 4 dəqiqə 20 saniyə olduğunu bilsək, deməli siz bu bloq yazını oxuduğunuz vaxt daha 12 000 video YouTube-a yüklənmişdir. Hamısı üçün də avtomatik olaraq ilk görüntü – thumbnails generasiya olunur.
Thumbnails – İlk görüntülər videoların mövzusunu göstərməklə potensial tamaşaçıları videoya baxmağa cəlb edir. Sinema posterləri kimi maraqlı bir lövhə yarada bilərsiniz. Çətinlik çəkirsinizsə, belə görüntülər yaratmaq üçün YouTube-un öz alqoritmi var: təklif edilən fraqmentdən birini seçin. Ancaq milyonlarla videoların arasından seçilib maraq oyatmaq üçün fərqli bir şey yaratmaq lazımdır.
Necə bir fraqment seçək ki, cəlbedici olsun?! Hərəkətdə olan bir şəkil olar, ya da brend şəkillərini tekst yazılarla bəzəyin. Hər bir temada olan videolar üçün xüsusi rəng fonları seçin. Ən əsas olan isə periodiklikdir.
Texniki tərəfdən danışsaq, hər zaman optimallaşdırılmış şəkillərdən yararlanın: bilə bilmərik, izləyicilər sizin videolara hansı qurğudan – planşet, smartfon, mobil telefon, kompyuter, netbuk, yoxsa ki, smart televizordan baxır.
Optimallaşdırılmış şəkillər dedikdə 1280×1080 piksel, 2 MB-dan aşağı və .JPG or .PNG formatında olmaları məsləhət görülür.
2. YouTube Kanalının Texniki Göstəriciləri
Nə üçün YouTube strategiyasında kanalın metadataları önəmlidir?
Başlıq (title), açıqlama (description) və yarlıqlar (tags) YouTube və Google-un axtarış alqoritmlərinə sizin videoların mövzusunu anlamalarında yardım edir. Metadataların axtarış sistemlərinə optimallaşdırılması ilə sizin videolar daha asanlıqla tapılar, bu isə daha çox baxış sayı deməkdir. Daha çox baxış sayı da öz növbəsində axtarış nəticələrində daha yüksək göstəricilərə gətirib çıxarar.
Web səhifələrinizin uyğun sözlərə görə Google axtarışlarında ilk sıralarda tapılmasına başlıqlar (title), açarsözləri (keywords), açıqlamalar (descriptions) təsir edir. Heç təsadüfi deyil ki, YouTube videolarında da belədir.
Videonun başlığı (Title)
Axtarışda sizin videonu tapmaq üçün yazılacaq sözləri işlətməklə cəlbedici başlıqlar yazın. Axtarış sistemlərinin çox uzun başlıqları kəsdiyinə görə videoların adının 66 simvoldan qısa olmasına çalışın.
Başlıqları insanlar üçün cəlbedici yazın, ancaq motorlar üçün açar sözlərini işlətməyi unutmayın.
Video açıqlaması (Description)
Yadınızda saxlayın ki, Google videoya baxa, ya da qulaq asa bilməz. Bunun əvəzinə axtarış motorları videonun səhifəsini oxumağa çalışacaq. Səhifədə isə yazabiləcəyiniz ən böyük yer videonun açıqlaması (description) bölümüdür. Açıqlamanı kiçik bir bloq yazısına bənzədin.
Hər bir videonun 200-500 arası sözdən ibarət açıqlaması olmalıdır (5000 simvol limiti ilə bunu yazmağa çalışın). Gördüyünüz kimi onların sadəcə 157 simvolu görsənəcək. İzləyicidə “Ardını Göstər” (Show More) düyməsini tıklamağa maraq oyatmaq üçün yetərincə maraqlı yazmalısınız.
Açıqlamada hər dəfə uyğun səhifələrə linklər yerləşdirin: izləyiciləriniz əlavə informasiya ala bilmək imkanının olmasından məmnun olacaqlar. Siz də sayta trafik qazana bilərsiniz – hər kəs uduşdadır!
YouTube videolarını yarlıqlayın (Tag)
Videolara yarlıqlar (tags) yazmaq imkanından da faydalanın. Mən bunu açarsözləri kimi düşünürəm və keywords metadatasını yazdığım kimi yazıram. Hər videoda 20 yarlıq yaza bilərsiniz. Yarlıqlar sadəcə 1 söz də ola bilər, 5-7 arası söz birləşməsi də. Çalışın ki, yarlıqdakı sözlər videonun məzmununa uyğun olsun və əsasən də istifadəçilərə videonu tapmalarında yardımçı olsun.
3. Videoların Adına və Temasına Görə Sıralamalar (Playlists) Yaradın
Sıralamalar (Playlists)
Sevimli mahnılarımızı bir araya yığdığımız kimi, kanalın videolarından sıralamalar (playlist) yaratmaqla həm düzən vermiş oluruq, həm tapılmasını asanlaşdırar, həm də daha çox izlənmə toplaya bilərik.
Playlistlər Youtube kanalına səliqə-səhman salmaqla yanaşı, həm də axtarış alqoritminə videonun mövzusuyla bağlı informasiya ötürür. Sıralamalar saytın axtarış sistemi ilə yanaşı Google kimi axtarış sistemlərində də tapıla bilər. Bu daha çox ziyarətçi toplamaq, baxış sayını artırmaq üçün başqa bir yol olar.
Pleylistlərin adını qısa, ancaq anlamlı yazdıqdan sonra açarsözlərini işlətməklə geniş açıqlama (5000 simvola qədər) yazın.
Hər kəs istədiyi qədər playlist yarada bilsə də hər bir pleylistin içərisinə 200 video yerləşdirmə limiti var.
Əgər video və ya sıralamanı yalnız bir kəslə paylaşmaq istəsəniz onu gizli (private) edə bilərsiniz. O halda yalnız izin verdiyiniz insanlar onu görəcək və izləyə biləcək. Buna görə də video və pleylistlər yayımlayarkən gizli (private), keçidlə paylaşmaqla (share with link), yoxsa hər kəsə açıq (public) olduğuna diqqət edin.

İnanıram ki, bu taktikalardan yararlanmaqla YouTube kanalınız daha maraqlı görsənər, abunələrinizin sayı artar və siz videolarınız üçün daha çox izləyici toplaya bilərsiniz.

Ardı: http://www.web.com.az/youtube-kanalinin-axtaris-sistemin%C9%99-optimallasdirilmasi/

Следующее видео

Gif video duzeltmek ve nece paylasmaq Anar 12 944 просмотра
YOUTUBE da BAn Anar 12 834 просмотра
Bura zibil atmayın Aliyev 38 899 просмотра
vidioo.net | tanıtım videosu Araz Qululu 46 844 просмотра
Sabina Babayeva - Oceans away (remix) Spaceman 13 862 просмотра
Mənim adım Xandır (2010) Azərbaycan Dublyaj (Trailer HD) Aliyev Ali 99 330 просмотра
Alvy - Alchimie, Pt. 2 Video Machine 9 400 просмотра
iPhone 6 Plus Wingsuit Drop Video Machine 7 045 просмотра
facebook