Aliyev Ali

Yerli telekanallardan seriallar yığışdırılandan sonra ...

64 822
0
0
06:59

Опубликовано:

Titanik filmi serial oldu?
Artıq hamıya məlumdur ki, Azərbaycan telekanallarında yayımlanan xarici teleserialların yayımına birdəfəlik qadağa qoyuldu. Səbəbini heç bir telekanal açıqlamasada, mən sizə bunun bəzi tərəflərini açıqlamağa çalışacağam. Bir çoxlarının düşündüyünə görə, xarici serialların yayımlanmasını dövlət istəmir ... Amma bu heçdə belə ola bilməz. Bunun səbəbi çox sadədir. Bizim telekanallar yayımladığı serialların yalnız dublyaj olunmasına vəsait ayırır və bu da həmin serialları çəkən şirkətlərlə onu nümayiş etdirən telekanal arasında anlaşılmazlığa gətirib çıxarır. Serialı çəkən şirkət həmin telekanaldan buna görə qonorar tələb edir.. "Bizim kanalda deyir əşi bir millət iki dövlət deyilikmi, bunu səndən oğurlayıb yayımlayanda nə olacağki?" Bax buna görədə bu söhbətlər gedib çıxır yuxarı..
Film şirkəti qonarar ala bilmədiyinə görə başlayır dövlətə şikayət etməyə. Dövlətdə bezir bu tip şikayətlərdən - deyir kanallara bilirsiz nə var?, yığışdırın bu gic-gic tərcümə eləyib camaata soxuşdurduğunuz serialları efirdən.. Düzdə edir - 2 dövləti 5 dənə keyfiyyətsiz kanala görə düşmən etmək olmaz. Bax səbəb budur əziz tamaşaçılar...
Xarici seriallarında yayımı yerli kanallardan yığışdırılandan sonra bizimkilər başldilar serial çəkməyə - guya ... Bizdə də serial çəkimlərinə maksimum həddə vəsait ayrılmasa bu kanalların hay-hayı gedib vay-vayı qalacaq.. Buna görə də nə etmək lazımdır? Əvvəlcə yerli kanalların yayım keyfiyyətini bərpa etmək lazımdır. Videoda qeyd etdiyim kimi, filmləri bizim kanallar "kamrip" keyfiyyətində, özlərini isə "ts" keyfiyyətində yayımlayırlar. Allahın AZTV kanalı heç olmasa yayım keyfiyyətini HQ-dək yüksəldə bilib. Bunlar nə vaxt HD keyfiyyətə gedib çatacaqlar görəsən? Bədii filmləri serial kimi yayımlamaq nə deməkdir? Bəsdirin siz Allah camaatı ələ saldınız...

Növbəti hədəf ŞİT TV olacaq .. Gözləyin..

Следующее видео

Hər şey "Big Bang" ilə başladı Ceyhun Məmmədov 40 479 просмотра
Yanan səma Asif Mir 110 643 просмотра
Məşhur aktrisa soyunsa da bəyənilmədi Oo 82 271 просмотра
Bill Withers - Ain't no sunshine Zaur 81 921 просмотра
İtaliya zəlzələsindən 17 saat sonra gələn möcüzə Video Machine 22 573 просмотра
Yerli salonlardan birinə çəkilmiş reklam Video Machine 26 227 просмотра