Video Machine

XÜSUSİ REPORTAJ-Kraliçanı valeh edən Qarabağ atları

41 561
0
0
17:47

Опубликовано:

Əgər bütün dünyanın atları bir üzükdürsə, Qarabag atları bu üzüyün qaşıdır. Bu qiyməti Qarabağ atlarına Böyük Britaniya kraliçası ikinci Yelizaveta verib. Onun Qarabag atlarına olan sevgisinin tarixi isə hələ ötən əsrin 50 ci illərinə təsadüf edir. O vaxtdan kraliçanın ən özəl mərasimlərinin şərəhfli qonaqları arasında Qarabağ atları var. Onun bu yaxınlarda keçirilən 90 illik yubileyində də Qarabag atları kraliçanı bir daha heyran etdi.

Vindzor qəsrində keçirilən Kral Vindzor At Şousunda kraliça və qonaqlarını heyran edən Qarabag atlarının Avropaya ilk gəlişi 1956-cı ilə təsadüf edir. Məhs həmin vaxt kraliça Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan «Zaman» adlı Qarabağ atı bağışlanıb. Atı Kraliçaya Azərbaycanın ilk usta jokeyi, əməkdar məşqçi Əli Tağıyev aparmışdı:

"1956-cı ildə atam o vaxtkı SSRİ MK birinci katibi Xruşovla Yelizavetaya Zaman ləqəbli Qarabağ atını İngiltərəyə aparıb. Orda aparıb atı təhvil verib. Bir ay da orda ona qulluq edib. Atam o vaxt əskərlikdə olub. Komandanın yavəri olub. Orda moskva komissiyası onu çağırıb. Bu minvalla atı Moskvaya ordan pribaltika ölkələri, Baltik dənizi gəmi vasitəsilə aparıbla Londona. Atı təqdim edəndə kraliçanın çox xoşuna gəlib, valeh olub şuxluğu, xarici görünüşü, xasiyyətinə. At qalıb orda. Bir ay da atam qalıb. Zaman ləqəbli atdan İngiltərə bala alıblar. Jasmin ləqəbli at. Onun şəklini bizə göndərmişdilər".

Следующее видео