Video Machine

Veteranlar Qarabağ uğrunda döyüşlərdə iştirak etməyə hazırdırlar

8 896
0
0
02:32

Опубликовано:

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər. İstefada olan general-mayor Dadaş Rzayev və müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov zabitlərlə keçirilən müşavirədə öz döyüş təcrübələrini bölüşüb, onlara məsləhətlərini veriblər. Azərbaycan keçmiş müdafiə nairi Dadaş Rzayev aprelin əvvəlində dördgünlük döyüşlər zamanı hərbçilərimizin erməni silahlı təxribatlarının qarşısını alarkən göstərdikləri mərdlik və igidliklərdən danışıb, bir çox əhəmiyyətli yüksəkliklərin azad edilməsindən veteranların qürur duyduğunu bildirib.

VETERANLAR TƏŞKİLATININ SƏDR MÜAVİNİ CƏLİL XƏLİLOV deyib ki, görüşlər zamanı əsgər və zabitlərdə ruh yüksəkliyi yüksəkliyi hiss edib:

"Mənəvi-psixoloji durumları yenə müharibə ab-havasındadır. Onlar yenə, əgər göstəriş olarsa öz torpaqlarımızı düşmən qüvvələrindən azad etməyə hazırdılar. Şəxsən prezidentin cəbhə zonasında olması, əsgər-zabitlər və yerli əhali ilə görüşməsi onlarda ruh yüksəkliyinə səbəb olub. Onlar hiss edirlər ki, o əsgərlərin arxasında veteranlarla bərabər bütün Azərbaycan xalqı durub”.

Cəlil Xəlilov bildirib ki, cəbhə bölgəsində yaradılan şəraitin yüksək səviyyədədir. Veteranlar ordumuzda qulluq edən hərbçilərlə vaxt keçirməkdən fərəh hissi keçiriblər. Polkovnik bildirir ki, onlar hər an orduya əməli dəstək olmağa, Qarabağ uğrunda döyülərə qatılmağa hazırdırlar:

“9 may da Böyük vətən müharibəsində iştirak edən veteranlar belə döyüşə hazır olduğunu bildirdilər. Təbii ki, onlara bizim ehtiyacımız yoxdur, amma bizim gənc veteranlarımız da var ki, onlar ehtiyatda dayanırlar və istənilən an orduya xidmət etməyə hazırdırlar”.

Cəlil Xəlilov bu səfərlərin gələcəkdə də baş tutacağını bildirdi. O, qurumun təkcə cəbhədə deyil, həmçinin məktəblərdə və ali təhsil ocaqlarında görüşlər keçirdiyini vurğuladı.

Следующее видео

facebook