Yaradılış Azərbaycan

Vəfa Kərimzadə - Dində məcburiyyət yoxdur

42 706
0
0
02:52

Опубликовано:

Vəfa Kərimzadə - Dində məcburiyyət yoxdur
Bir insana və ya cəmiyyətə zorakılıq, təzyiq yolu ilə İslamı qəbul etdirməyə çalışmaq Qurana ziddir. Çünki Quranda dində məcburiyyət olmadığı açıq şəkildə bildirilir:
Dində məcburiyyət yoxdur... (Bəqərə surəsi, 256)
Bu ayə açıq-aydın Quran hökmüdür. Heç bir müsəlman bu hökmü qulaq ardına vuraraq bir insana dindar olmadığı üçün təzyiq göstərə bilməz. Bu Quranda qadağan olunmuşdur.
Peyğəmbərimiz (səv) yalnız nəsihətçi olub. O, sonuncu haqq din olan İslamı insanlara təbliğ etməklə məsul idi. O dövrdə İslam dinini Peyğəmbərimizdən (səv) və digər müsəlmanlardan dinləyənlərin bəziləri iman gətirmiş, bəziləri isə gətirməmişdir. Qurandakı aydın hökmlə Peyğəmbərimiz (səv) və yanındakı müsəlmanlar qətiyyən təzyiqə, zorakılığa əl atmayıblar. Quranda Peyğəmbərimizə (səv) “Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən, Sən onların üstündə hökmdar deyilsən.” (Ğaşiyə surəsi, 21-22) ayəsi ilə bu, bir daha xatırladılmış və məcburiyyət qadağan olunmuşdur. Qurana görə bütün müsəlmanlar İslam əxlaqını təbliğ etməklə məsuldurlar. Lakin heç kimi müsəlman olmağa, dindar olmağa və ya ibadətlərini yerinə yetirməyə məcbur edə bilməzlər. Quranın məqsədi dünyaya sevgi və dinclik gətirməkdir. Məcbur edərək dini qəbul etdirməyin Qurana uyğun olmadığı açıqdır.
Quranda təzyiq və məcburiyyətin qadağan olunduğu göstərən bəzi ayələr:
De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”... (Kəhfsurəsi, 29)
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? (Yunis surəsi, 99)
Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)
“Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən, Sən onların üstündə hökmdar deyilsən.” (Ğaşiyə surəsi, 21-22)
De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 1-6)

Следующее видео