Əbdürrəhman Əlili

Üzün tanınmaz halı

62 953
0
0
01:39

Опубликовано:

Sözlər: Aşqin Yenisey
Səsləndirən: Nigar Cafarova

Yenə səhər…
Yenə həmin gün şüası
Evdəki tozu göstərir.
Yenə axşam…
Qaranlıq boş çarpayını
Saat doqquzu göstərir.

Nə mənası,
Ölmüşəmmi, qalmışammı?
Heç yadına düşürəmmi?
Kimə lazım,
Təkəmmi, qocalmışammı?
içib miskinləşirəmmi?

Aman-güman
Məndə cəmi bir şəklin var
Baxıram əynin köhnəlib.
Həyatdı da…
Ömür var, şəkilnən keçir,
İnsan var, şəkildə ölür.

Yenə şəhər…
Yenə həmin insan seli…
Kölgələr əyilir camda.
Bəlkə də, biz
Ayrı-ayrı evdən çıxıb
Yan-yana itkin düşürük,
Hər gün eyni izdihamda.

http://libel.ga

Следующее видео