Django Mango

Türkiyənin məşhur cütlyü evləndi

41 336
0
0
15:05

Опубликовано:

Türkiyədə 08.07.2016 tarixində tanınmış cütlük Kadir Doğulu və Neslihan Atagülün toyu baş tutub.

Türkiyə mətbuatına istinadən, cütlük Kanlıcada yerləşən bir oteldə evləniblər. Gəlinin şahidləri Nazlı İmer Özbekar, Sevda Efe Boztepe və Aslı Kızmaz, bəyin şahidləri isə Önder Altunbaş və Mustafa Avkıran olub.

Aktrisa toyunda iki ayrı gəlinlik geyinib. 200 nəfərin qatıldığı mərasimdə ikilinin çoxlu sayda dostları iştirak edib. Cütlük toydan sonra bal ayı üçün Bodruma gedəcəklərini deyiblər.

Diqqət çəkən məqamlardan biri Neslihan "Kara Sevda"dakı tərəf müqabili Burak Özçivitin toyda iştirak etməməsi olub. Serialdakı səmimi səhnələrinə görə Kadirin qısqandığı deyilən Burak həmin anlarda sevgilisi Fahriye Evcenlə Romada tətildə olub.

Neslihan Atagül ve Kadir Doğulu çifti Kanlıca'daki bir otelde gerçekleşen düğün töreninde nikah defterini imzalayarak evlendi (8 Temmuz 2016)

Следующее видео