Aliyev Ali

Türkiyə və Azərbaycanın çəkdiyi yeni serialda məşhur akyorlar rol aldı - Qaranlıqlar Çiçəyi - adlı serialın çəkilişlərindən ilk video görüntülər

117 605
0
0
02:27

Опубликовано:

İctmai Televiziya ilə Türkiyə kinematoqrafçılarının birgə layihəsi

“Qaranlıqlar çiçəyi “ (Karanlıklar Çiçeyi) serialın çəkilişləri başladı
İctmai Televiziya və Türkiyə kinematoqrafçıları avqustun 27-dən yeni serialın çəkilişlərinə başlayıb. Azərbaycan və Türkiyədən olan aktyorların rol aldığı serial «Qaranlıqlar çiçəyi» adlanır. İctimai Televiziyada yayımlanacaq teleserialın əsas mövzusu eşq və intiqamdır.

Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahid olan Lalə adlı qızcığaz hüquqşunas olub intiqam almaq fikrinə düşür. Lalə atasının qatili sandığı adama aşiq olur. Daha sonra qatilin həmin adam olmadığı üzə çıxır. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını anlamırlar.

Filmin rejissoru “Kanal D” də yayımlanan “Aşk Yakar” serialının rejissoru Mehmet Ulukan, operatoru “Kurtlar Vadisi”nin operatoru Bülent Özerdir.

Filmdə Azərbaycan tərəfdən Rasim Balayev, Safura Əlizadə, Günəş Mehdi, Nəsimi Mirzə, Abbas Qəhrəman, Zaur Şəfi, Arifə İslam və Vüqar Əli rol alıb. Türkiyə tərəfdən isə «Kurtlar Vadisi Pusu»nun məşhur “Büyük İskəndər” rolunun ifaçısı Musa Uzunlarla birlikdə Osman Albayrak, Mustafa Üstündağ, Bülent Şakrak, Begüm Kütük, Hüseyin Avni Danyal, Ebru Özkan, Güler Ökten kimi tanınmış serial qəhrəmanları iştirak edir.

Filmin daha bir aktyoru işinə böyük həvəslə yanaşan balaca Çingizdir. Bu rolu elə balaca Çingiz Aslan ifa edəcək.


Türkiyə tərəfindən çəkiləcək aktyorlar:
Musa Uzunlar (İskender Büyük - Kurtlar Vadisi Pusu)
Hüseyn A. Danial (Yalçın Bulut - Kurtlar Vadisi Pusu)
Mustafa Üstündağ (Muro - Kurtlar Vadisi Pusu)
Osman Albayrak (Hakan - Kurtlar Vadisi Pusu)
Bülent Şakrak (Sofiya Karahanlı - Kurtlar Vadisi)
Begün Kütük
Ebru Özkan
Güler Öktan və s..

Azərbaycan tərəfindən çəkiləcək aktyorlar:
Rasim Balayev
Safurə Əlizadə
Günəş Mehdi
Nəsimi Mirzə
Abbas Qəhrəman
Zaur Şəfi
Arifə İslam
Vüqar Əli
və s.

Xüsusi olaraq qeyd edək ki, bu serialı həmçinin video.az saytında da izləyə biləcəksiniz.

Следующее видео