Aliyev Ali

Tofiq Musayev vs Patricio Pitbull Freire - Rizin GP Championship Final

13 164
0
0
36:17

Опубликовано:

Rizin 20 Finals - Tofiq Musayev vs Patrick "Pitbull" Freire with Walkouts (31.12.2019)

Tofiq Musayev rəqibi ilə sınmış əllə döyüşüb..
Sonuncu döyüşüm çətin keçdi. Rəqibim də zəif deyildi, dünya reytinqində 12-ci yerdə gedir. Şükürlər olsun ki, məqsədimizə nail olduq. Baxmayaraq ki, yarımfinalda zədə almışdım. Amma nəyin bahasına olur-olsun, qələbə qazanmalıydım və buna nail oldum. Gələcək planlarımı məşqçimlə məsləhətləşdikdən sonra verəcəyəm.
Bunu yüngül çəkidə “Rizin” Döyüş Federasiyasının keçirdiyi Qran-Prinin qalibi olan azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev deyib.
O bildirib ki, Yaponiyada keçirdiyi bütün görüşlər çətin olub: “Qran-Pridə mənə düşən rəqiblər – Daron Kruikşank, Damyen Braun, Coni Keys, “Pitbull” çox güclü idi. Onlar dünyada öz sözünü demiş idmançılardır. Düzgün rejim, düzgün məşq onlar üzərində qələbəmdə öz bəhrəsini verdi.
Ümumiyyətlə, istəmərəm ki, zəif rəqiblə döyüşüm. Bacardığım qədər dünya reytinqində güclü idmançılarla gücümü yoxlamaq istəyirəm. Mənim ardıcıl qələbələrimin əsas səbəbkarı məşqçim Ruslan Əfəndiyevdir”.
Tofiq Musayev yarımfinalda amerikalı idmançı Coni Keyslə görüşdə sağ əlinin sındığını bildirib.
Bununla belə, o, braziliyalı Patriki Freyri ilə final görüşünə çıxdığını söyləyib: “Əlim sınsa da, döyüşü davam etdirmək istədik. Çünki bayaq dediyim kimi məqsədimiz vardı. Ona çatmaq lazım idi. Döyüşdən sonra rinqdə dediyim kimi, bu qələbəmizi komanda olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev cənablarına həsr edirik. Çünki dekabrın 24-ü onun ad günü idi. Həmçinin Yaponiya publikasına öz təşəkkürümü bildirirəm. Bu ölkə mənim üçün çox doğmadır. Yapon millətini çox sevirəm. Çünki onların isti münasibəti mənə çox motivasiya verdi. Ardıcıl döyüşdüyümə görə, müəyyən bir vaxt ara vermək istəyirəm. Müəyyən vaxtdan – zədələrimi aradan qaldırdıqdan sonra çempionluq kəmərimi müdafiə etməkdə problem yoxdur”.

Следующее видео

Don Marleone (Teaser) Video Machine 23 401 просмотра
Sak Noel vs Pitbull - Crazy People 2012 Ali 58 801 просмотра
Deorro - Bailar feat. Pitbull & Elvis Crespo (Cover Art) Video Machine 30 187 просмотра