Ramin

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminin təqdimatı olmuşdur

86 689
0
0
01:30

Опубликовано:

Bakı, 28 mart (AzərTAc). Martın 28-də “Kempinski Hotel-Badamdar” mehmanxanasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin təqdimatı olmuşdur.
TQDK-ın sədri Məleykə Abbaszadə Prezident İlham Əliyevin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə uyğun olaraq yaradılan bu sistemin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, bu Fərman informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəni nəzərdə tutmaqla təhsilin daha səmərəli idarə olunmasına və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli dərəcədə sürətləndirilməsinə xidmət edəcəkdir.
Sistemə Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrinin qoşulduğunu deyən M.Abbaszadə bildirmişdir ki, tələbə və məzunlar haqqında məlumatlardan bir sıra dövlət orqanları, o cümlədən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Maliyyə, Təhsil və Müdafiə nazirlikləri, digər qurumlar istifadə edəcəkdir. TQDK-ın ünvanına şəhər və rayon təhsil şöbələrindən Azərbaycan vətəndaşlarının qəbul imtahanlarında iştirak etmələri, tələbələr sırasında olub-olmamaları haqqında minlərlə sorğu daxil olur. Ənənəvi qayda ilə işlədikdə sorğuları cavablandırmaq insan resurslarından səmərəsiz istifadəyə və zaman itkisinə gətirib çıxarır. Sistem bu və buna bənzər bütün problemləri aradan qaldıracaqdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-in tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biridir. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanı ölkədə İKT-in inkişafına təkan vermişdir. Dövlət orqanlarının təhsil sistemi ilə informasiya mübadiləsi İKT-dən istifadə etməklə daha effektiv həyata keçirilə bilər. Təqdim olunan bu sistem “e-hökumət”in əsas istiqamətlərindəndir və təhsilin inkişafında mühüm rolu olacaqdır.
Tədbirdə sistemin strukturu və informasiya təminatı barədə məlumat verilmişdir. Bildirilmişdir ki, sistem tələbə-məzun məlumat bazasından və bu bazaya məlumatların daxil edilməsi, dəyişdirilməsi, mühafizə edilməsi, axtarışların aparılması və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksindən ibarətdir. Sistemə giriş TQDK-da yerləşən mərkəzi serverdən idarə olunan korporativ şəbəkə vasitəsilə mümkün olacaqdır. Məlumat bazaları da TQDK-ın serverində yerləşdiriləcəkdir. Sözügedən korporativ şəbəkəyə isə internet infrastrukturu vasitəsilə qoşulmaq mümkün olacaqdır. Sistem administratoru kimi TQDK təyin olunmuşdur. Sistemin informasiya təminatı həm TQDK, həm də ali və orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçiriləcəkdir.
Sistemin istifadəçiləri müxtəlif səviyyəli məlumata çıxış statusuna malik olacaqlar. Mərkəzi icra hakimiyyəti orqanları isə daha geniş miqyaslı məlumat almaq imkanına malik olacaqdır.
Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilmişdir.

Следующее видео