Camalbeyli

Stomatoloqlar gunu (Gunay Camalbeyli)

37 859
0
0
02:56

Опубликовано:

Elə insan tapılmaz ki, dişi ağrıyanda və yaxud da ağ parıltılı dişlərə sahib olmaq istəyəndə onlara müraciət etməsin. Söhbət tez bir zamanda bizi bu ağrılardan xilas edən diş həkimlərindən gedir. Bu gün bütün dünyada stomatoloq peşəsini seçən həkimlərin günüdür. İndi təqdim edəcəyimiz süjetimizin qəhrəmanı da öz peşəsini böyük həvəslə sevən və işinin vurğunu olan gənc stomatoloqdur. Peşə bayramını iş başında qeyd edən gənc həkimlə yaxından tanış olaq. Stomatoloji kabinetdə olmağımız heçdə təsadüfi deyil, yox bizim dişimiz ağramır. Bu gün peşə bayramını iş başında qeyd edən süjetimizin qəhrəmanı Lənkəran səhiyyəsinin gənc həkimlərindən biri Günay Camalbəylidir. 11 il bundan əvvəl bu peşəni seçən Günay həkim artıq 5 ildən çoxdur ki, rayonda stomatoloq kimi fəaliyyət göstərir. Süjetimizin qəhrəmanı gənc olmasına baxmayaraq, Lənkəran Şəhər Uşaq Poliklinikasında çalışmaqla yanaşı Lənkəran Tibb Kollecində də öz peşəsinin sirlərini tələbələrə aşılayır. Günay Camalbəyli qazandığı uğurlarla kifayətlənmir, onun bu sahədə böyük hədəfləri var. Bizimlə söhbətində gənc stomatoloq tamaşaçılara səslənərək bir neçə vacib məqamdan danışdı. Çoxumuz dişlərin müalicəsi zamanı çəkəcəyimiz əziyyətdən qorxduğumuzdan həkimə müraciət etmirik. Dişlərin vaxtında müalicə olunmasından danışan Günay Camalbəyli bildirdi ki, xəstələr dişlərində güclü ağrı hiss etməyincə diş həkiminə müraciət etməkdən çəkinirlər. Belə olan halda gənc yaşlarından sağlam dişlərlə vidalaşan insanlar sonradan peşmanlıq hissi keçirirlər. Onların fikrincə hər bir şəxs ildə bir dəfə də olsa dişlərini ümumi müayinə etdirməlidir. Dişlər sağlam orqanizmin göstəricisi hesab olunur. Odur ki, gözəl dişlərə və sağlam orqanizmə sahib olmaq üçün mütləq dişlərinizə vaxtında və düzgün qulluq edin.

Следующее видео