Aliyev Ali

Space telekanalında ard-arda yalan xəbərlər.. MRTŞ hara baxır görəsən?

33 831
0
0
06:34

Опубликовано:

Space kanalında ard-arda yayımlanan yalan xəbərlərdən belə məlum olur ki, bunlara nəzarət eləyən MRTŞ-in başı qarışıb türk kanallarında yayımlanan evlilik verilişlərinə.. Əks halda bunlara kim bu cür volya verə bilər ki, bunlar ağızlarına gələni danışıb göstərsinlər?! Bu qədər yalan xəbərlərlə xalqı nə vaxta kimi aldadacaqlar görəsən? Bakını çıxıb Ələt yolunda gün batan vaxtı (saat 17:00 radələrində) arxa fonda güllə səsləri yerləşdirib döyüş bölgəsindən canlı yayım adıyla (3 saat sonra 20:20-da) geydirmə məlumat çatdırırlar. O boyda adam mikrafonu alıb əlinə haf-huf zırt-pırt eləyə-eləyə guya təngənəfəs halda cəbhədən canlı bağlantıdadı. Yalansa ermənin gülləsi girsin sənin bir yerivə..
Sonrada əhlibeyt tərəfdarlarının şər böhtanla həbs olunmaqlarını göstərir, arxa fonda vəhabilərdən ingilislərdən yəhudilərdən ibarət olan İŞİD quruplaşmalarının görüntülərini salıb, şiə qardaşlarımızı terrorist kimi təqdim edirlər. Bunların himayədarları Vatikanda roma papasının dalından öpürlər görüşəndə, amma özümüzküləri ağsaqqal birinin əlindən öpməsinə - sapı özümüzdən olan baltalar deyirlər. Amma əsl sapı özümüzdən olan baltalar elə bu zir-zibil telekanallardakılardır və orada çalışan bunun kimi boyunu zəncirli aparıcılardır ki, çıxıb ordan xalqa yalan məlumatlar çatdırırlar. Allaha şükürlər olsun ki, artıq insanlar ayılıb doğru xəbərlər əldə etməkçün və sair məlumatlar əldə etməkçün televizora yox internetə müraciət edirlər. Televizorlar radioların yerini almağa başladığı üçün bilmirlər daha hansı yollara əl atsınlar.
İt hürər karvan keçər, nə istəyirsiz göstərin ağzıvıza gələni danışın onsuzda sizi izləyən yoxdur. Yalnız Allah-təalə sizi izləyir - bütün əməllərinizə görə Ona cavab verəcəksiz!

Следующее видео

Rusiyalı oliqarxlar çəkiliş zamanı dalaşdılar Oo 77 676 просмотра
Rayon telekanalında rayon gənclərinin biabırçılığı Zahid Baku 13 235 просмотра