Habil Yashar

Sözləri Habil Yaşar,Musiqisi və İfaçısı Abış Surxayoğlu.Qadınlar

77 892
0
0
05:16

Опубликовано:

Sözləri: Habil Yaşar, Musiqisi və İfaçısı: Abış Surxayoğlu. Qadınlar

Qadınlar.

I bənd:

Qadındı bizləri doğuran ana,
Qadındı hər kəsin başının tacı.
Böyük məhəbbətlə yanaşaq ona,
Ürəyi görməsin nə qəm, nə acı

Zil:

Qadın insanlığın ilki,əzəli
Qadın yaradanın möcüzəsidir.
Ananın körpəyə layla deməyi,
Dünyanın ən gözəl zümzüməsidir.

Nəqarət:

Qəlbləri oxşayan çiçəklərsiniz,
Sevimli qadınlar, gözəl qadınlar.
Cənnətə yol açan mələklərsiniz,
Ey gözəl analar, gözəl qadınlar.



II bənd:

İncədir,zərifdir qadın xisləti,
Bir soyuq baxışla qırıla bilər.
O qədər ucadır qadın xilqəti,
Yeddi qat göylərə ucala bilər.

Zil:

Qadın insanlığın ilki,əzəli
Qadın yaradanın möcüzəsidir.
Ananın körpəyə layla deməyi,
Dünyanın ən gözəl zümzüməsidir.

Nəqarət:

Qəlbləri oxşayan çiçəklərsiniz,
Sevimli qadınlar, gözəl qadınlar.
Cənnətə yol açan mələklərsiniz,
Ey gözəl analar, gözəl qadınlar.


Muğam hissəsi:

Hər biri bacıdı, hər biri ana,
Dünya qurban olsun baxışlarına,
Sevgisi sığışmaz bütün cahana,
Dəryadı, ümmandı qadın ürəyi.

Sevər varlığıyla qəlbən sevəndə,
Dözər hər çətinə qədrin biləndə,
Dünya gözəlləşər üzü güləndə,
Ağlasa kamandı qadın ürəyi.
Sınmasın amandı qadın ürəyi…

Следующее видео