Interaz

Siyəzəndə ağır yol qəzası baş verib

93 148
0
0
01:23

Опубликовано:

Siyəzən, 1 avqust, SalamNews, R.Azəri. Siyəzən rayonunda ağır yol qəzası baş verib.

SalamNews-un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı – Quba Rusiya sərhəd yolunun 114-cü kilomtrində qeydə alınıb. Rusiyadan Zaqatala rayonuna gedən 50 yaşlı Rauf Məhəmmədəli oğlu Ömərovun idarə etdiyi və içində sərnişinlər olan “Mercedes” markalı mikroavtobus 44 yaşlı Cavanşir Talıbovun idarə etdiyi “Belarus MTZ” markalı traktorla toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü ilə birlikdə 8 sərnişin xəsarət alaraq Siyəzən rayon Müalicə və Diaqnostika mərkəzinə çatdırılıb. Mərkəzdən verilən məlumata görə, yaralılardan 5-nin vəziyyəti ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırmalara başlayıb. BDYP-nin müstəntiqi Elşən Mürsəliyevin verdiyi məlumata görə, hadisəyə səbəb traktorun qəfildən “Mercedes”in qarşısına çıxması olub. Qəzanın dəqiq səbəbləri isə təyin olunmuş avto-texniki ekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Следующее видео