Xaliq Mustafayev

Şeytanın qanlı oyunu-Satanizm. islami-nur.az

99 735
0
0
41:17

Опубликовано:

Şeytanın qanlı oyunu-Satanizm

Satanizmin rəqəmi 666, bəzi hallarda 616 hesab edilir. Heyvan rəqəmi (666) İncildə qeyd edilmiş satanizm rəqəmidir. Böyük heyvan, və ya Antixristin rəqəmi hesab edilir. Amma satanizmin böyük banisi olan Anton Laveyin dediyinə görə, 666 rəqəminin elə də mənası yoxdur, bu sadəcə boş inamdır.
Satanizmin işarəsi pentaqramdır.

Satanizmin, və ya Şeytana sitayişin əsrlər boyu müxtəlif kitabları mövcuddur. Ən qədim kitabı b.e. 1312-ci ilində aid “Şeytanpərəstliyin Tam Kitabı”-dır. Həmən ili 9 ən güclü şeytanın siyahısı da yaranıb. Bu günə qədər bu say dəyişilməyib.
Ənənəvi satanizmdən başqa, ən məşhur olan Laveyin Satanizmidir. Fəlsəfə və din üzərində qurulmuş bu satanizm 1960-cı ildə ABŞ-da Anton Lavey tərəfindən yaradılmışdır. Bu insan həyatı boyu insanların hərəkətləri və yaşayış tərzinə fikir verib belə qərara gəlmişdir. İllər boyu müəyyən insanları ətrafına yığıb öz fəlsəfəsi barədə onlara məlumat vermişdir və sonradan anlamışdır ki, bir fəsləfə kifayət deyil, Dünyanı dəyişmək lazımdır və buna görə öz şəxsi dini – Satanizmini yaradır. 1966-cı ildə Satana Kilsəsi yaradır və 3 il sonra “Satanizmin İncili”-ni nəşr elətdirir.

Satanizm İslamda

Qurani-Kərimdə şeytanın insanı yolundan azdırmağa çalışması ilə bağlı bildirilir: "Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı".

(Allah İblisə) "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. (İblis) Mən ondan daha yaxşıyam (üstünəm), çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!" – dedi.

(Allah) buyurdu: "Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz. (Oradan) Çıx, çünki sən alçaqlardansan!"

(İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver!"

(Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!"

(İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam! Sonra onların qarşılarından və aralarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!"

(Allah) buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!" (Əraf surəsi, 11-18-ci ayələr)

Satanizmin ayələrindən də aydın olur ki, şeytan insanı düz yoldan çıxartmağı qarşısına məqsəd qoymuşdur. Göründüyü kimi, satanizm insanlara müqəddəs dəyərləri inkar etməyi və şeytana uymağı təlqin edir.

Quran-Kərimdə şeytana uyanlar haqqında deyilir:

“Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır!”

(əl-Mucadələ surəsi 19-cu ayə)

Satanistlərin təsiri altına düşən insanlar cəmiyyətdən qaçır, qeyri-adi davranışlar nümayiş etdirirlər. Tək qalmağı xoşlayır, qara paltarlara üstünlük verirlər. Cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına nifrət edir, özlərinin hamıdan güclü olduqlarını sübut etmək üçün əllərindən gələni edirlər.
Satanizmin cəmiyyətə yaratdığı təhlükə ona qarşı çox diqqətli olmağı tələb edir. Xüsusən də azyaşlı və yeniyetmələrin internetdən istifadəsi zamanı onların zərərli saytlara daxil olmamaları və belə təbliğatların təsiri altına düşməmələri üçün onlara nəzarət edilməsi böyük əhəmiyyət kəsb edir. Gənc nəslin zərərli vərdişlərdən çəkindirilməsi və əxlaqlı yetişdirilməsi onların mənfi təsirlərə məruz qalması riskini də azaldır.

Следующее видео