WEB Dizayn Studiya

SEO Nədir. Yeni Başlayanlar Üçün SEO-nun Əsasları

101 528
0
0
06:33

Опубликовано:

Sayt yaratmaq işinə yeni başlayanlar SEO anlayışı ilə qarşılaşacaqlar. Bu söz İngilis dilindəki Search Engine Optimization sözlərinin qısaldılmasıdır. SEO – saytların düzgün yaradılması yolu ilə, heç bir ödəniş etmədən axtarış sistemlərininin nəticələrində ilk sıralarda tapılmasıdır.
SEO Nə Üçün Lazımdır?
Saytlar nə qədər yaxşı qurulsa da əsas məsələ sayta girənlərin sayının artırılmasıdır. Axı heç kəs saytı özü üçün yaratmır. Dost-tanışlar geniş oxucu/alıcı kütləsinin sayta girməsini təmin etmək üçün yetərli deyil. Bu zaman yeni ziyarətçilərin tapılması işində axtarış sistemləri yardımçımız olacaq. İnsanlar internetdə axtardıqları hər şeyi, bilmədikləri saytları tapmaq üçün axtarış sistemlərindən istifadə edirlər. Axtarış motorları da öz növbəsində bütün xırdalıqları nəzərə alaraq axtarılmış sözlərə ən uyğun nəticələri göstərməyə çalışırlar. Belə ki, Bakı şəhərində bir nəfər “dizayn studiya” axtarırsa, nəticə səhifəsində Gəncə, Mingəçevir və ya Sumqayıtın dizayn studiyalarının saytlarını görməsi vacib deyil. Ya da nəticə olaraq gözəllik salonlarının saytlarının görsənməsini istəməz.
Buna görə axtarış sistemlərinin ən əsas işi istifadəçilərin axtardığı sözlərlə birlikdə başqa elementləri də araşdıraraq ən uyğun nəticələri göstərməkdir. Eyni zamanda bütün sayt sahibləri mümkün qədər çox sözlərə görə axtarışlarda öz saytının ilk sıralarda tapılmasını istəyir. Buradan da rəqabət yaranır.
SEO, yoxsa SEM – Hansı Daha Yaxşıdır?
SEO ilə saytınızın axtarış sistemlərində tapılmasını ödənişsiz olaraq təmin edə bilərsiniz. Ancaq bundan əlavə olaraq axtarış sistemləri ödəniş yolu ilə ilk sıralarda tapılma xidmətlərini təklif edir. Çox əlverilşli Pay Per Click (PPC) sistemi ilə reklamverən yalnız reklam üzərinə tıklanmasından sonra (yəni ki, axtarış sistemlərindən sayta girişlər üçün) ödəniş etməklə ilk sıralarda tapıla bilər. Bu həm də qarantilənmiş şəkildə olar. Bütün bu işlərlə Search Engine Marketing (SEM) adı ilə bir çox digital marketinq şirkətləri məşğul olur. Bu zaman sual yaranır ki, əgər axtarış sistemlərinə kiçik ödənişlər etməklə ilk sırada tapılmaq mümkündürsə, bu qədər zaman və zəhmət tələb edən SEO lazımdırmı?
Search Engine Marketinq yolunu seçən şirkətlər çox tez bir zamanda nəticə alır. Reklamlar verilməyə başlandığı andan artıq yeni ziyarətçilər qazanılır. Bütün ziyarətçilərin alıcılara çevrilməsi üçünsə reklam kampaniyalarının düzgün yaradılması lazımdır (ya da bu işlə məşğul olan marketinq şirkətlərinə sifariş edilə bilər).
SEM-dən fərqli olaraq Search Engine Optimization (SEO) işləri daha asandır. Bunun üçün böyük marketinq bilikləri tələb olunmadığına görə ayrılmış büdcə də çox kiçik ola bilər. Həm də ən başlıca tələb saytın düzgün qurulmasıdır ki, bu da hər halda lazımlı işlərdəndir. SEO-nun da çatışmamazlıqları var: beləki, SEO işlərinin aparılmasına ən yaxşı halda bir neçə ay lazımdır ki, hər hansı nəticə görsənsin. Axtarış saytlarının yuxarılarında yer almaq üçün periodik çalışmaq və səbirli olmaq gərəkir. Ancaq ödənişli reklamlardan fərqli olaraq əldə edilmiş uğur hətta SEO işləri aparılmadıqda belə uzun müddət öz mövqeyini qoruyaraq siz dincəlirkən belə sizin üçün çalışmağa davam edəcəkdir.
SEO-nun Əsasları: Title, Description və Keywords Metadataları
Axtarış sistemlərinə optimizasiya Metadata verilənlərdən başlayır. Metadata HTML sənədinin verilənləridir və saytdakı ziyarətçilərə görsənmir. Bu əmrlər axtarış sistemləri üçün yazılır desək yanılmarıq, ancaq fikrimcə axtarış sistemlərinin saytların qarşısına qoyduğu bütün tələblər saytların öz işinə yarayır və hər biri ayrı-ayrılıqda sayt üçün önəmlidir.
Bütün meta əmrlərindən qabaq yerləşdirilir ki, onlardan da ən önəmli olanlar Title, Description və Keywords-dur.
Götürək Title (Başlıq) verilənlərini: bu saytın hər bir səhifəsinin adlandıran əmrdir. Axtarış sistemlərinə saytın səhifələrinin adını bildirməklə yanaşı qonaqlara/oxuculara da explorerin (bələdçi) yuxarısında görsənir. HTML sənədin başlığını bildirmək üçün onun Title meta verilənini göstərmək gərəkdir, burada əmrindən yararlanırıq: http://www.web.com.az/seo-nedir-yeni-baslayanlar-ucun-seonun-esaslari/

Следующее видео