Narxoz Tv

Şəhid zabitimiz dəfn olundu | http://facebook.com/narxoztv

17 943
0
0
02:01

Опубликовано:

Vətən uğrunda şəhid olan zabitmiz Fəxri Qaravulun müşayiəti ilə dəfn olundu.


Şəhid zabit Səbuhi Əzizov doğulub boya başa çatdığı Qobustan rayonunun Təklə kəndində rayon rəhbərliyinin də iştirakı ilə torpağa tapşırılıb.


Şəhidin valideynləri, o cümlədən gözü yaşlı anası isə oğlu ilə qürur duyacağını deyib.


Cəbhənin Tərtər istiqamətində döyüş zamanı erməni snayperinin gülləsinə tuş gələrək şəhid olan leytenant Səbuhi Əzizovun dəfn mərasimində yaxınları, kənd sakinləri habelə rayon rəhbərliyindən başqa döyüş yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinin rəis müavini Zaur Abdullayev və onun təhsil aldığı ali hərbi məktəbin rəisi Heydər Piriyev də iştirak ediblər.


Döyüş postunda şücaətinə görə leytenant Səbuhi Əzizovun ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı da atasına təqdim edilib.


Səbuhi Əzizov ailənin 3 övladından ortancılı idi.

from: xezerxeber

Следующее видео

Səmada 3 günəş göründü | facebook.com/narxoztv Narxoz Tv 13 406 просмотра
Kahkaha atan bebek King 50 202 просмотра
Orxan Rapper Rapho Psixx 25 126 просмотра