Django Chained

Şəhid Coşqun Zülfiyev Binə qəsəbəsində dəfn olundu (14.09.2022)

2 093
0
0
02:45

Опубликовано:

Coşqun Zülfizadə Ədail oğlu
27 dekabr 1998-ci il tarixində Lerik rayonunun Nuravud kəndində anadan olub. Təhsilini 218 nömrəli Binə qəsəbə tam orta məktəbində aldıqdan sonra 2017-ci il tarixdən İyul 2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub. Coşqun könüllü olaraq Vətənin müharibəsinin iştirakçısı olub.
Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Coşqun Zülfiyev Azərbaycan Respublikası Prezidentinin sərəncamlı ilə bir neçə medalla təltif olunub. Onun Vətən müharibəsində göstərdiyi şücaət komandirlərinin diqqətindən yayınmayıb və müharibə bitdikdən dərhal sonra Zülfiyev Coşqun Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində xidmət etməyə başlayıb.
Erməni silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş genişmiqyaslı təxribatının qarşısını alarkən müddətdən artıq hərbi qulluqçumuz qəhrəmancasına şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin...

Следующее видео