WEB Dizayn Studiya

Sayt Nədir? Saytlar Nə Üçün və Kimə Lazımdır

120 941
0
0
03:20

Опубликовано:

Websayt (web site kimi də yazıla bilər) qısaca olaraq sayt kimi də adlandırılır. Hər bir sayt ən azı bir serverdə yerləşdirilmiş faylların bir-biri ilə əlaqələndirilməsindən yaradılmış bir qovluqdur. Saytlara internet şəbəkəsi vasitəsilə baxmaq imkanı yaradılır və beləliklə informasiya yayımı qat-qat asanlaşdırılmış olur. Bunun üçün brauzerin ünvan hissəsində baxmaq istədiyimiz saytın internet ünvanını – Uniform Resource Locator (URL) yazırıq.
1990-cı ildə Tim Berners-Li (Sir Timothy John Berners-Lee) dünyada ilk olan info.cern.ch saytını yaratmışdır. O, öz saytını yeni texnologiya olan WWW-yə həsr etmişdi. Saytda HTTP verilənləri göndərmə protokolundan, URL ünvan sistemindən və HTML hipertekst dilindən danışırdı. 1991-ci ildə WWW standartı qəbul edildi və bundan sonra sürətlə yeni saytlar yaradılmağa başladı.
Əvvəllər internet saytları çox sadə statik quruluşda – vizitka kimi hazırlayırdılar. İnternet şəbəkə genişləndikcə daxili və xarici keçidlərin sayı da çoxalmağa başladı və saytlar təkcə arayış, bildiriş funksiyalarını yerinə yetirməməyə başladı. Dinamiklik və interaktivlik artırıldıqca saytlar virtual ofis, media mərkəz, onlayn mağaza kimi bir çox funksiyaları özündə cəmləməyə başladı.
Bəs Saytlar Nə Üçün və Kimə Lazımdır?
Müasir həyatımızda demək olar ki, nə qədər biznes növü varsa o qədər də sayt var. İndi təkcə hər bir şirkət deyil, hər kəs özünün personal saytının (blog) olmasına çalışır. Saytlar informasiya mübadiləsində yeni, eyni zamanda əvəzolunmaz texnologiyaya çevrilmişdir:
Çünki sayt üçün şirkət və ya insandan fərqli olaraq istirahət etmək lazım deyil. Saytları internet üzərindən həftənin 7 günü 24 saat fasiləsiz olaraq ziyarət etmək mümkündür.
Eyni zamanda dükan, ofis, satıcı və katibə kimi saymaqla bitməyən bir çox funksiyaları yerinə yetirərkən bir dəfə düzgün hazırlanmış iş sayəsində illərlə səhvsiz çalışma bacarığı vardır.
Bütün bu üstünlüklərə baxmayaraq hazırlanması və işlədilməsi qat-qat az maliyyə dəstəyi tələb edir ki, bu da saytları hər kəs üçün əlçatan bir alətə çevirir.
Sürətlə inkişaf etməsinə və geniş yayılmasına baxmayaraq veb saytlar yeni texnologiya sayılır. Hər kəs bu istiqamətdə hələ kəşf ediləcək çox daha sahələrin olduğu düşünür. Bu da saytları insanlar üçün daha cəlbedici və prestijli edir.
Bəs sizin veb saytınız varmı? Əgər hələ də öz biznesinizə uyğun saytınız yoxdursa tələsin: WEB Dizayn Studiyamız yeni texnologiyaların köməyilə hər bir biznesə uyğunlaşdırılmış internet proyektlərin yaradılmasında yardımçınız olar.

Ardı: http://www.web.com.az/sayt-nedir-saytlar-ne-ucun-kime-lazimdir/

Следующее видео