Yaradilisaz

Ramiq Vəliyev - İslam dünyasının birləşməsi üçün mənəvi liderin olması Quranın tələbidir

92 397
0
0
05:06

Опубликовано:

İslam dünyasının birləşməsi üçün mənəvi liderin olması Quranın tələbidir.

Allah tarix boyu hər qövmü lideri ilə birlikdə yaratmışdır. Bu, Adətullahın tələbidir. Hz. Nuh (ə.s.), hz. İbrahim (ə.s.), hz. Musa (ə.s.), hz. Yusuf (ə.s.), hz. İsa (ə.s.) vəhz. Muhəmmədin (s.ə.v.) dövründə iman gətirənlərin lideri olaraq Allah'ın mübarək elçiləri İslam cəmiyyətlərinin başında olmuşdur.
Hz. Talutdövründə, hz. Zülqərneyn dövründə də müsəlmanların həmişə lideri olmuşdur. Peyğəmbərimizin (s.ə.v.) ardınca da müsəlmanlar yaxın tarixə qədər heç başsız qalmamışdırlar. Bu dövrdə müsəlmanların mənəvi liderinin olmaması, Allah'ıntəqdir etdiyi hz. Mehdinin (ə.s.) gəliş əlamətlərindən biridir. Ancaq Allah qədərdə İslam cəmiyyəti üçün bir gözəllik təqdir etmiş və mənəvi liderləri olmadan keçən bu dövrün ardınca onları çox üstünəxlaqlı, çox mübarək, sevgi və şəqət dolu, müsəlmanlara çox düşkün, hamiyyəti İslamiyyəsi çox qüvvətli bir şəxslə, yəni hz. Mehdi (ə.s.) ilə müjdələmişdir. Təxminən 1.5 əsrdir başsız olan İslam aləmi, Allah'ın təqdir etdiyi qədərə uyğun olaraq, bu əsrdə hz. Mehdinin (ə.s.) mənəvi liderliyi altında birləşəcək.

Başqa sözlə, Allah'ın əmrinə uyğun olaraq müsəlmanların birləşməsini, yəni İttihad-i İslamı istəyənlər bu birliyin ancaq hz. Mehdinin (ə.s.) ətrafında olduğunu bilməlidirlər.
İslam aləmi sevinc və coşğu ilə ancaq Peyğəmbərimizin (s.ə.v.) nəvəsinin, Onun mübarək övladının ətrafında birləşər. Çünki bu, bütün müsəlmanlara Peyğəmbərimizin (s.ə.v.) Allah'ın vəhyi ilə bildirdiyi haqq yoldur.

"İslam aləmi birləşməlidir" deyən, ancaqhz. Mehdini (ə.s.) xatırlamayan, hz. Mehdidən (ə.s.) bəhs etməyən və ya Mehdiyyəti ört-basdır etməyə çalışan bir üslub isə səmimi deyil.
Halbuki, İttihad-i İslam varsa, hz. Mehdi (ə.s.) də mütləq var. Hz. Mehdi (ə.s.) varsa, İslam aləmi də mütləq birləşəcək. Bu, Allah'ın Adətullahının tələbidir. Allah Peyğəmbərimiz (s.ə.v.) vasitəsilə axırzamanda müsəlmanların liderinin hz. Mehdi (ə.s.) olduğunu bildirmişdir.


Hz. Mehdi (ə.s.) seçimlə başa gələcək bir şəxs deyil, Allah'ın təqdir etdiyi qədərlə İslam aləminin qurtuluşuna və birliyinə səbəb olan insandır.

Peyğəmbərimiz (s.ə.v.) "axırzamanda mənim soyumdan bir şəxs gələcək, dünyadan zülmü və haqsızlıqları aradan qaldıracaq, müsəlmanları birləşdirəcək və əsarətdən qurtaracaq" buyurmuşdur.
Bu, Allah'ın Rəsulullaha (s.ə.v.) vəhyidir və axırzamanda yaşayan müsəlmanlara göstərdiyi həll yoludur.Əgər müsəlmanlar, Allah'ın bildirdiyi bu yola etinasızlıq edib, Allah'ın gəlişini müjdələdiyi hz. Mehdini (ə.s.) yox saymağa cürət edərək özbaşlarına fərqli məntiqlərin kişaf etdirərək hərəkət etsələr, bu vəziyyətin Allah Qatında qarşılığı çox böyük olabilər.

Saleh möminlər, Allah'ın göstərdiyi yola tam təslim olub, axır zamanda yaşamağın nemətini, gözəlliyini və sevincini yaşayaraq bir an əvvəl hz. Mehdini (ə.s.) görməyi, hz. Mehdinin (ə.s.) mənəvi liderliyində müsəlmanların birləşməsini istəməlidirlər.Unudulmamalıdırki, bəzi şəxslər istəməsələr də və hətta tam əks fəaliyyətdə olsalar da, inşaAllah, Allah'ın vədi mütləq reallaşacaq, hz. Mehdinin(ə.s.) mənəvi liderliyində İttihad-i İslam mütləq qurulacaq. Bu əsr, hz. Mehdi (ə.s.) vasitəsilə İslam əxlaqının dünyaya hakim olduğu, Allah'ın nurunun bütün dünyanı işıqlandırdığı əsr olacaq.
www.yaradilis.az

Следующее видео