Thewolf

Qorxma, mən səninləyəm-2- nin çəkilişləri

63 439
0
0
02:03

Опубликовано:

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” dövlət kinostudiyası 1981-ci ildə ekranlaşdırılan
“Qorxma mən səninləyəm” bədii filminin ikinci hissəsinin çəkilişlərinə start verib.
Azərbaycan və Rusiya kinemotoqrafçılarının birgə istehsalı olacaq filmin çəkilişləri Bakının Pirallahı,
Şüvəlan, Mərdəkan qəsəbələrində, İçərişəhər və Qax rayonunun İlisu kəndində davam edəcək.
Çəkiliş prosesi 2 ay yarım çəkəcək və təqribən oktyabr ayının sonlarında yekunlaşacaq.
Qeyd edək ki, gələn il ekranlara çıxması planlaşdırılan ikinci filmdə 20 il sonra cərəyan edən hadisələr lentə alınacaq.
Sözügedən ekran əsərinin ssenari müəllifi və rejissoru, əslən bakılı Yuli Qusmandır.
Filmdə SSRİ xalq artisti Lev Durov, respublikanın xalq artisti Polad Bülbüloğlu ilə birlikdə
həmçinin Nuriyyə Əhmədova, Məbud Məhərrəmov, Eldar Qasimov və başqaları rol alıb.
Filminin çəkilişləri hal-hazırda Qax rayonunun İlisu kəndində davam edir.
Çəkiliş qrupu 2 həftə ərzində İlisuda olacaq.

Следующее видео