Video Machine

Qoçaq Əsgərov fransız caz ifaçısı ilə birgə Parisdə çıxış edib

44 196
0
0
03:06

Опубликовано:

Azərbaycan muğamının Qoçağı və aləmdə səsi olan Qoçaq Əsgərov. Milli muğam ifaçılığımızda özünəməxsus üsluba malik Qoçaq Əsgərov illərdir Azərbaycan muğamının dünyada tanıdılması istiqamətində işlər aparır.
İfası ilə yalnız Azərbaycan dinləyicisinin deyil, şərq musiqisinin mistikasına vurğun qərb dinləyicisinin də qəlbini fəth edən muğam ifaçısının sənəti caz ustası əslən fransız olan Pyer de Treqomenin diqqətini çəkib.
Muğam ifaçısı Qoçaq Əsgərov CBC-yə açıqlamasında Fransada böyük musiqi kitabxanasının olduğu deyib: “Mənim albomum həmin kitabxanada satılab, bu insan ora daxil olub mənim albomumu əldə edib. Azərbaycan muğamı haqda maraqlanıb və təsirlənib. O, Azərbaycana gəldi 1 ay dərs aldı məndən. Təbii ki, vaxt çərçivəsində çox çətin idi. Gəldi burada “Bayatı-Şiraz”dan 1 şöbə öyrəndi və sonra getdi öz Vətəninə”.
Fransalı musiqiçi öyrəndiyi parçaları Qoçaq Əsgərovla birgə Parisdə keçirilən konsertdə ifa edib. Konsertin Fransada böyük marağa səbəb olduğunu deyə muğam ifaçısının sözlərinə görə, konsertdə iştirak edən insanların gözləri dolub və ecazkar musiqimizin dərin dünyasına düşüblər. Beləliklə, Paris səhnəsində muğamla cazı sintez edərək dinləyicilərə zövq bəxş ediblər.
“Azərbaycan diasporası tərəfindən təklif olundu ki, konsert “Azərbaycan evi”ndə keçirilsin. Konsert oldu və sonra Pyerin şəxsi konsert zalında da oldu. Çox böyük rəğbət bəsləndi muğamımıza. Bir neçə təklif aldım. Layihənin davam etdirilməsində maraqlıdırlar. Ola bilsin albom üzərində işlədik” – deyə, Q. Əsgərov bildirib.
Qoçaq Əsgərov deyir ki, dünyanın istənilən nöqtəsində musiqi həvəskarları əsrarəngiz və fəlsəfi musiqini bəyənir və araşdırırlar. Bu baxımdan milli sərvətimiz muğam önəmli mövqedə dayanır. Muğam Azərbaycan xalqının dünyadakı səsi kimi milyonlara yalnız zövqlü musiqi bəxş etmir, həm də milli kimliyimizi və ölkəmizin gerçəklərini olduğu kimi dünya insanına çatdırmağa kömək edir.

Следующее видео