Ramin

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycan Respublikasına rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi

55 746
0
0
05:55

Опубликовано:

Bakı, 30 mart (AzərTAc). Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin martın 30-da rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevi və xanımı Raisa Atambayevanı qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verdi.
Qırğız Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Qırğız Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Almazbek Atambayevə, Qırğız Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

Следующее видео

facebook