Spaceman

Qadın güləşçilərin Türkiyə yığması ilə birgə təlim-məşq toplanışı / 30.07.2013

29 880
0
0
05:47

Опубликовано:

13-18 avqust 2013-cü il tarixdə Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin, sentyabrın 16-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə isə böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək. Azərbaycan güləş üzrə yığma komandaları çempionata hazırlıqları davam etdirir.



Sərbəst güləş üzrə qadınlardan və gənc qızlardan ibarət yığma komandanın üzvləri dünya çempionatına hazırlığını Astara Olimpiya İdman Kompleksində Türkiyə qadın güləşi yığması ilə birgə keçir.



Yığma komandamızın heyətinə Şəfəq Muradzadə (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 51 kq), Almaz İsmayılova, Yarina Dubovska (hər ikisi 55 kq), Alyona Kolesnik, Yuliya Ratkeviç (hər ikisi 59 kq), Anna Belyayeva, İrina Netreba, Raqnetta Qurbanzadə, Elmira Həsənova (hamısı 63 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 72 kq) cəlb olunub. Hazırlıq prosesinə yığma komandanın baş məşqçisi Yaqub Məmmədov, böyük məşqçilər Konstantin Konorev, Arif Fərmanov və məşqçilər Aslan Ağayevlə Həsrət Məmmədyarov rəhbərlik edir.



Türkiyə yığma komandasının heyətində isə məşqçilər Şemseddin Yıldız, Zeynep Yıldırım Diri və Habil Karanın başçılığı altında 12 idmançı ölkəmizə səfər edib.



Birgə təlim-məşq toplanışı avqustun 8-dək davam edəcək.

Следующее видео

Yol polisi işçilərinə qanun öyrədən qadın New_video 32 685 просмотра
Kişilərin ideal qadın obrazı Vision Tv 27 217 просмотра
Kişilərin dramı :) Video Machine 18 368 просмотра
Kişilərin saç və saqqal modasının 100 illik tarixi Video Machine 22 554 просмотра
Evli və Subay kişilərin fərqi Video Machine 18 893 просмотра
Kişilərin şort geyinməsinə necə baxırsız - BAKU.WS Orxan 35 441 просмотра