Ramin

Prezident İlham Əliyev Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur

111 845
0
0
01:11

Опубликовано:

Bakı, 14 mart (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Kompleksin texniki göstəricilərini əks etdirən stendlərə və eskiz layihələrinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi müasir memarlıq üslubunda, orijinal layihə əsasında inşa olunur. Kompleksin tikintisinə ötən ilin dekabrında başlanılmışdır. Üçmərtəbəli binanın qarşısında ulu öndərin əzəmətli abidəsi ucaldılacaqdır. Abidənin ətrafında fəvvarə kompleksləri tikiləcəkdir.
Diqqətə çatdırıldı ki, Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan stendlərdə ulu öndərin Salyana səfərlərini əks etdirən fotolar, dahi şəxsiyyətə məxsus sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar toplanacaqdır. Mərkəzin kitabxanasında ümummilli lider haqqında yazılmış kitablar və digər mətbu nəşrlər saxlanılacaqdır.
Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında 78 xidməti otaq olacaqdır. Burada əməkdaşların səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Следующее видео