Django Mango

Prezident bu gün işğaldan azad edilən ərazilərimizin adlarını açıqladı - 09.10.2020

12 200
0
0
00:54

Опубликовано:

"Azərbaycan ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələri münasibətilə xalqımızı təbrik edirəm”.

Bu barədə ölkə başçısı İlham Əliyev AZTV telekanalında xalqa müraciəti zamanı məlumat verib.

Prezident İlham Əliyev işğaldan azad edilən kəndlərin adlarını sadalayıb:

"Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzdək, Gorazilli, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbədir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirirlər.

Əməliyyat planları müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan ordusu döyüş hazırlığı baxımından döyüş meydanında tam üstünlüyə malikdir”.

Следующее видео