Video Machine

Polad Bülbüloğlu Rusiyanı fəallığa çağırıb

7 250
0
0
02:28

Опубликовано:

Rusiya birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Minsk-Bakı videokörpüsü zamanı belə deyib. Bildirib ki, regionda Rusiyanın geosiyasi, iqtisadi və mədəni rolu böyükdür. Buna görə də, dipolmat rəsmi Moskvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edəcəyinə ümid edir.

AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ POLAD BÜLBÜLOĞLU bildirib ki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir:

"Təbii ki, Rusiya Ermənistanı da gözardı edə bilməz. Amma Rusiya Ermənistanı Azərbaycan ərazilərinin işğalından çəkindirməlidir. Almaniya kansleri Angela Merkel də prezident İlham Əliyevlə görüşündə bildirdi ki, bu münaqişənin həllində prioritet Rusiyadadır. Bu, doğrudan da belədir. Mən ümid edirəm ki, iyun görüşü bu münaqişənin ədalətli həllinə təkan verəcək”.

Qeyd edək ki, Ermənistanın işğalçı siyasəti ilə bağlı sərt fikirlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Polad Bülbüloğlu barəsində tənqidi fikirlər səsləndirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu fikirlərə cavab olaraq bildirib ki, milyonların kumiri olan Polad Bülbüloğlu özünün peşəkarlığı, istedadı və yüksək mənəvi keyfiyyətləri ilə pərəstişkarlarının rəğbətini qazananda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi, çox güman ki, əlifbanı öyrənirdi.

XİN-İN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ HİKMƏT HACIYEVİN sözlərinə görə, “peşəkar ali təhsilli” erməni “diplomatları” beynəxlalq ictimaiyyətin qəbul etdiyi beynəlxalq hüquq və normativ-hüquqi sənədləri özlərinə məxsus tərzdə şərh etməyə çalışır, dünyaya öz absurd iddialarını sübut etməyə cəhd edirlər:

"Bunun bariz nümunəsi kimi, bir qədər əvvəl Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Azərbaycanın Rusiyadakı səfirinin fəaliyyəti barədə söylədiyi yalan və bayağı açıqlamaları göstərmək olar. İndi isə bu yolu həmin strukturun mətbuat katibi davam etdirir. Ermənistanın rəsmilərinə Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının məlum qətnaməsinə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən beynəlxalq ictimaiyyətə qulaq asmağı, Ermənistana artıq 28 il ərzində şamil edilən təcavüzkar və işğalçı damğasından xilas olunmağı tövsiyə edirik”

Hikmət Hacıyev əlavə edib ki, əslən Şuşa şəhərindən olan Polad Bülbüloğlu Azərbaycanın böyük oğludur və vətənpərvər şəxsiyyətdir.

Следующее видео

facebook