Spaceman

Ox'atan — Maral Maral (vs Nadir Qafarzade)

73 216
0
0
02:54

Опубликовано:

© 2013 Ox'atan Pro
Mp3: http://www.sendspace.com/file/gmiyrm

Sözlər:

Nəqarət:
- Maral, Maral, Maral...
- Get özüvə ver sual,
- Maral, Maral, Maral...
- Bu nə mahnıdır anormal?

Bənd 1:
Başa düşməyə çalışıram ki, millətimin zövqü nə?
Kim və nə cür təsir edir millətimin zövqünə?
Var şou bizness - yəni hər həftə xoruz döyüşü var,
Ay camaat, müğənninin siyasətlə nə işi var?!
Ona görə də mədəniyyətin,
Günü - gündən aqibəti,
Açıq-aşikar tökür əti,
Gecə - gündüz zurna-qaval...

Nəqarət:
- Maral, Maral, Maral...
- Get özüvə ver sual,
- Maral, Maral, Maral...
- Bu nə mahnıdır anormal?


Bənd 2:
Nə qədər olar bazarlarda pul qazanıb qul olduq?
Ciblərimiz doldu, amma daxili yoxsul olduq.
Musiqinin qırxı çıxıb, çək salavat — Fatihə!
Bir-iki nəfər düşsə-düşər bu tayfadan tarixə!
Bir əlacı var bu vəziyyətin ,
Deyim bilin, deyil çətin,
Savadsızı efirə qəti,
Buraxmasın bircə kanal!

Nəqarət:
- Maral, Maral, Maral...
- Get özüvə ver sual,
- Maral, Maral, Maral...
- Bu nə mahnıdır anormal?

Следующее видео