Django Mango

Ömer 1.Bölüm

252 043
0
0
40:12

Опубликовано:

Bu serialda Ömər ibn Xəttab - islam dünyasının peyğəmbərindən (s.ə.s) üstün bir şəxsiyyət kimi göstərilib.
Bu serialda peyğəmbər Rəsulullahın doğma əmisi oğlu və kürəkəni, peyğəmbərin qızı Fatimeyi-Zəhranın həyat yoldaşı, peyğəmbərin nəvələri imam Hüseyn, imam Həsən və digər imamların atası imam Əli (Əleyhissəlam) yoldan keçən bir insan kimi təqdim ediblər burada. Hətda onun simasını alçaldaraq burada yoldan keçən bir şəxsiyyət kimi göstərməydən belə çəkinməyiblər (kafirlər)!
Saymaqla bitməz bu filmdəki yalnışlıqlar. Çünki bu serial özlərini vəl-cəmaət və ya əhli sünnə və yaxud da vahabi hesab eləyən şəxslərin sifarişi ilə çəkilib bu serial.. Burda - Öməri, Əbubəkri və ya onların tərəfdaşlarını təhqir etmək deyil məqsədim. Sadəcə insanlara nəyə görə həqiqətləri uyduraraq çatdırırlar onu anlaya bilmirəm..
Omer ibn Xettab haqqında bilmədiyiniz bəzi məqamları aşağıda qeyd edəcəyəm və sonda mənbənidə qeyd edəcəyəm ki, sonra kimsə gəlib arxamca burda nəsə yazmasın ...!


Bismillahir-Rəhmanir-Rəhim

(Ey Peyğəmbərimiz) sözü dinləyib onun ən yaxşısına tabe olanlara mujdə ver. Onlar həmin kəslərdir ki, Allah onları (düz yola) hidayət etmişdir və məhz onlar əql sahibləridir.
İslam Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu ələyhi və alihi və səlləm)-dən nəql olunmuş məşur bir rəvayətdə buyurulur:
"Mənim ümmətim yetmiş üç firqəyə (dəstəyə) bölünəcəkdir, o firqələrin birindən başqa, hamısı od və cəhənnəm əhlidir." Mühəmməd (s.ə.s) Peyğəmbər.
HEÇ VAXT YAZILMAYAN VƏSİYYƏTNAMƏ
Peyğəmbər (s)-in ömrünün son anları yaxınlaşırdı. Mədinə əhlini vəhşət və iztirab bürümüşdü. Onlar hiss edirdi ki, bəşəriyyət aləmi öz yeganə rəhbərini əldən verəcəkdir.
Peyğəmbər özünün neçə illik yorulmaz əməyinin səmərəsini itirməmək üçün fikirləşdiyi tədbiri yerinə yetirmək qərarına gəldi. Lakin çox təəssüflər olsun ki, Usamenin qoşununa qoşulmaqdan imtina ederək vəziyyəti anbaan nəzarətaltinda saxlayan və münasib fürsətdə öz məkrli planlarını həyata keçirmək əzmində olanlar burada da Peygəmbərin camaata yazılı şəkildə bir sənəd çatdırıb onları hidayət etməsinə imkan vermədilər.
Ömər ibni Xəttabın özü bele deyir: "Biz Peyğəmbərin yanında idik, onun zövcələri isə pərdənin arxasında oturmuşdular. Bu zaman Peyğəmber buyurdu: "Məni yeddi məşk su ilə yuyun. Heç vaxt yolunuzu azmamağınız ücün yazacağım sözlər üçün kağız və qələm gətirin. "Qadınlar: Peyğəmbərin istədiklərini gətirin" - dedilər.
Mən (Ömər) dedim: "Sakit olun! Siz Peyğəmbər xəstələnən kimi ağlayır və sağalan kimi onun yaxasından yapışıb, nələrsə istəyirsiniz."
Peyğəmbər buyurdu: "Bu qadınlar sizdən çox-çox yaxşıdırlar!"
Başqa bir rəvayətdə İbni Abbas belə deyir: Peyğəmbər, onun vəfatı ilə nəticələnən sonuncu xəstəliyi zamanı buyurdu: "Heç vaxt yolunuzu azmayasınız deyə, kağız və qələm gətirin, bəzi şeyləri yazım."
Ömər dedi: "Bəs Rumun şəhərrlərini fəth etmək üçün kim qalacaq?! Peyğəmbər bu şəhərləri fəth etməmiş vəfat etməyəcək. Və əgər vəfat etsə, Bəni İsrailin Musani gözlədikləri kimi, biz də onu gözləyəcəyik."
Peyğəmbərin zövcəsi Zeynəb binti Cehis dedi: "Görmürsünüz ki, Peyğəmbər sizə vəsiyyət etmek istəyir?!"
Elə bu sözdən sonra onlar aranı qatdılar. Bunu görən Peyğəmbər "Qalxın ayağa!" - dedi.
"Səhihi-Buxari" və başqa sünnü kitablarında nəql edirlər ki, İbni Abbas deyir: "Cümə axşamı ox! O, necə də ağır gün oldu! (bunu deyib o qədər ağladı ki, gözünün yaşə yerdəki xırda daşları islatdi. Sonra dedi) Peyğəmbər (s) ömrünün son anlarında buyurdu: "Mənə kağız gətirin, sizin üçün bir neçə şey yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız." Orada olanların arasında qalmaqal başladı. Halbuki, heç bir peyğəmbərin qarşısında mübahisə edib dava-dalaş salmaq rəva deyildir. Orada olanların bir dəstəsi dedi: "Peyğəmbər sayaqlayır və nə dediyini bilmir!" Peyğəmbər (s) dedi: "Məni tək buraxın! Öz halətim siz dediyinizdən daha yaxşıdır!"
Bir neçə rəvayətdə bu sözü deyən şəxsin Ömər ibni Xettab olduğu nəql olunubdur. Bu rəvayətin necə təhlil olunmasından asılı olmayaraq orada Ömər ibni Xettabdan başqa heç kəsin adı çəkilmeyib. Yalnız o bu təhqiramiz sözleri demiş, Peyğəmbərə vəsiyyətnaməni yazmağa imkan verməmişdir.
Bunu da bilmeliyik ki, Ömərin dediyi o tehqiramiz sözden sonra Peyğəmbər artıq işin bitdiyini gördü və vəsiyyətnaməni yazmadı. Çünki əgər Peyğəmbər (s) o vəsiyyətnaməni yazsaydı belə, Ömərin dediyi sözlərdən sonra yenə də etibarsız sayılacaqdır və ona əməl etməyəcəkdilər. Çünki camaat "Peyğəmbər bunu ağlı başında olmayan vaxt yazıbdır" - deyəcəkdi.
İbni Abbas bu barədə deyir: Peyğəmbərə qarşı edilən bu kobud hərəkət və hörmətsizlikdən sonra dedilər: "İstədiyinizi gətirməyəkmi?!" Peyğəmbər (s) "Bundan sonra nəye lazim?!" - deyə cavab verdi. (Yəni dediyiniz bu sözdən sonra vəsiyyetnamə yazmağın nə faydası?)
SUAL ...
Ömər ibni Xəttabdan soruşmaq lazımdır: Nə üçün Əbu Bəkr vəsiyyətnamə yazanda huşdan getdiyi zaman ona "sayaqlayırsınız" demədin və onu "huşsuz haldadır" - deyə müttəhim etmədin?
Əbu Bəkr ömrünün axır vaxtlarında xəlvət bir yerdə Osmanı öz yanına çağırıb dedi: "Yaz! Bismillahir-rəhmanir-rəhim. Bu, Əbu Quhafənin oğlu Əbu Bəkrin müsəlmanlara vəsiyyətidir. Amma bəd... Elə bu sözü dedikdən sonra huşunu itirdi və sözünə davam edə bilmədi. Əbu Bəkr bihuş olan zaman, Osmanın özü belə yazdı: "Mən öz qərarıma əsasən Ömər ibni Xəttabı öz yerimə xəlifə təyin edərək sizə yaxşılıq etməkdə laqeyd olmadım." Osman bunu yazıb qurtardıqdan sonra Əbu Bəkr huşa gəlib, Osmandan yazdıqlarını oxumasını istədi. Osman yazdığını oxuduqda Əbu Bəkr dedi: "Allahu kber! Qorxdun ki, mən elə huşsuz halda öləm və müsəlmanların arasında çaxnaşma düşsün?" Osman "Bəli" - deyə cavab verdi. Əbu Bəkr dedi: "Allah İslam və müsəlmanlar tərəfindən sənə Öz xeyrini versin." Sonra isə Osmanın yazdığnı qəbul etdi.
Görəsən Ömər bu yazıya özündən necə əksül-əməl göstərdi? Təbəri belə yazır: "Ömər əlində xurma ağacından olan bir çubuq tutub camaatın arasında dayanmışdı. Elə bu zaman Əbu Bəkrin azad olmuş qulu Sədid onun camaata yazdığı məktubu oxudu. Sonra Ömər camaata üz tutub dedi: "Ey camaat, Peyğəmbərin xəlifəsi Əbu Bəkrin əmrinə qulaq asıb ona itaət edin! Xəlifə deyir ki, mən sizə yaxşılıq etməkdə heç nəyi əsirgəməmişəm."
Halbuki, Peyğəmbərin vəsiyyət yazmaq istədiyi vaxtda olduğu kimi, Ömər elə burada da: "Bizim vəsiyyətə ehtiyacımız yoxdur. Allahın kitabı bizə bəsdir" - deməli idi!
PEYĞƏMBƏRİN VƏFATININ İNKAR OLUNMASI
Allahın Rəsulu (s) bazar ertəsi günü günorta çağı dünyasını dəyişdi. Bu zaman Ömər Mədinədə, Əbu Bəkr isə "Sunh" adlanan yerdə (öz evində) idi.
Ayişə deyir: Ömər və Müğəyrə ibni Söbə icaze aldıqdan sonra Peyğəmbərin otağına daxil olub onun üzünə örtülmüş ağ parçanı kənara çəkdilər. Ömər Peyğəmbərin üzünü gördükdə yanıqlı bir ah çəkib: "Peyğəmbər necə də ağır bihuş olubdur!" - dedi. Otaqdan çıxanda Muğəyrə Ömərə dedi: "Ey Ömər! Allaha and olsun, Peyğəmbər vəfat etmişdir." Ömər dedi: "Sən aranı qatmaq üçün yalan deyirsən, Peyğəmbər ölməyibdir. O, münafiqləri öldürməyincə, ölməyəcəkdir."
Ömər bununla da kifayətlənməyib Peyğəmbərin ölümü barədə danışan hər bir şəxsi ölümlə təhdid edib deyirdi: "Münafiqlərdən bəziləri Peyğəmbərin öldüyünü güman edirlər. Belə deyil: Peyğəmbər ölməyib. O, Musa ibni İmran kimi qırx günlük qeybə çəkilib. Halbuki, o da qayıdanda deyirdilər ki, Musa ölüb. Peyğəmbər də Allahın yanına gedibdir. Allaha and olsun, Peyğəmbər qırx gündən sonra qayıdıb, onun öldüyünü deyənlerin əl-ayaqlarını kəsəcəkdir!"
Sonra dedi: "Hər kim Peyğəmbərin öldüyünü desə, əlimdəki bu qılınc ilə onun başını bədənindən ayiracağam. Peyğəmbər göylərə gedibdir."
Elə bu zaman Peyğəmbərin səhabələrindən biri olan İbni Ummu Məktum bu ayəni Ömərə oxudu: "Mühəmməd özündən qabaqki peyğəmbərlər kimi bir Peyğəmbərdir. Əgər o ölsə, yaxud öldürülsə siz öz cahiliyyət dövrünüzə qayıdacaqsınız? Öz keçmişinə (cahiliyyətə) qayıdan şəxs Allaha heç bir zərər yetirməz, ancaq Allah şükr edənlərin savabını verir."
Peyğəmbərin əmisi Abbas deyir: "Peyğəmbər həqiqətən də ölmüşdü. Cünki, ölüm vaxtı Əbdül Müttəlib övladlarının üzündə olan əlamətləri Peyğəmbərin də sifətində gördüm."
Ancaq Ömər yenə də öz sözündən əl cəkmirdi. Abbas camaatdan soruşdu: "Sizlərdən biri Peyğəmbərin ölümü haqda bir hədis bilirmi? Əgər bu barədə bir hədis bilirsinizsə deyin." Bütün camaat "xeyr" - deyə cavab verdilər.
Abbas Ömərdən "Bəlkə sən bu barədə nə isə bir şey bilirsən?" - deyə soruşduqda, Ömər də "xeyr" - deyə cavab verdi. Elə bu zaman Abbas camaata üz tutub dedi: "Ey camaat! Peyğəmbərin öz ölümü haqda hətta bir nəfərə belə, bir şey demədiyinə şahid olun. Tək olan Allaha and olsun, həqiqətən də Peyğəmbər ölüm sərbətini içibdir."
Ancaq Ömər yenə də hay-küy qoparıb camaatı təhdid edirdi.
Abbas sözünə davam edib dedi: "Peyğəmbər də sair insanlar kimi bəla və ağır hadisələrə düçar olur və həqiqətən də o, öz dünyasını dəyişibdir.
Tez olun, onu torpağa tapşırın! Bu nədir?! Yoxsa Allah sizi bir dəfə, Öz Rəsulunu isə iki dəfə öldürür?! Peyğəmbərin Allah yanında olan məqamı çox üstündür və heç vaxt onu iki dəfə öldürməz! Hətta sizin dedikləriniz düzgündə olsaydı, onu torpaqdan çıxardıb yenidən diriltmek Allah üçün heç də çetin deyildir. Peyğəmbər aydın nicat yolunu sizə göstərmədən dünyasını dəyişməzdi."
Ömər, ağzının suyu köpüklenib yerə tökülənə qədər öz sözünü təkrarladı.
Səhabələrdən biri və suffə əhlindən olan Salim ibni Ubeyd Sünhə gedib, Peyğəmbərin vəfat xəbərini Əbu Bəkrə çatdırdı. (Bəzi tarixçilər Ayişənin Əbu-Bəkrə xəbər çatdırdığını yazırlar.)
Əbu Bəkr dərhal Mədinəyə yola düşdü. Şəhərə daxil olduqda, Ömərin ayaq üstə durub camaatı qorxudaraq "Peyğəmbər ölməyib. O yaşayır" - dediyini gördü. Ömər, Əbu Bəkri görən kimi sakitləşib, yerinə oturdu. Əbu Bəkr Allaha həmd-səna edib dedi: "Allaha sitayiş edənlər, Allahın heç vaxt ölməyəcəyini bilsinlər, Məhəmmədə sitayiş edənlər isə, agah olsunlar ki, o, vəfat edibdir." Sonra isə bu ayəni oxudu: "Mühəmməd özündən qabaqki peyğəmbərlər kimi bir Peyğəmbərdir. Əgər o ölsə, yaxud öldürülsə siz öz cahiliyyət dövrünüzə qayıdacaqsınız? Öz keçmişinə (cahiliyyətə) qayıdan şəxs Allaha heç bir zərər yetirməz, ancaq Allah şükr edənlərin savabını verir."
(Bundan qabaq bu ayəni, ibni Ummu Məktum oxumuşdu.)
Ömər təəccüblə Əbu Bəkrdən "Bu oxuduğun Quran ayəsi idimi?" - deyə soruşdu.
Əbu Bəkr: "Bəli" - deyə cavab verdi.
Ömər, Mugəyrənin dediyi sözlərə, ibni Ummu Məktumun oxuduğu ayəyə və Abbasın dəlillərinə etina etmedi və öz fikrindən dönmədi. Ancaq Əbu Bəkrin dediklərini eşitdikdən sonra dərhal sakitləşib öz fikrini dəyişdi. Ömərin özü sonralar bu əhvalatı belə nəql edirmiş: "Allaha and olsun yalnız Əbu Bəkrin dediklərini eşitdikdən sonra dizlərim büküldü, yerə yıxılıb ayağa qalxa bilmədim. Elə bu zaman Peyğəmbərin öldüyünü anladım."
Təəccüblüdür ki, Əbu Bəkrdən qabaq İbni Ummu Məktum da bu ayəni oxuduqda, Ömər "bu Quran ayəsidir?" - deyə soruşmadı.
Belədirsə onda sünnü alimləri Ömərə, hətta bu sözün Quran ayəsi olub-olmadığını bilmədiyi halda "ümmətin ən savadlı şəxsi" adını necə veriblər?
Görəsən, nə üçün Ömərdən başqa heç kim Peyğəmbərin ölümündə şəkk-şübhə etmirdi? Nə üçün məhz Əbu Bəkr gələndən sonra Ömər sakitləşdi?
Bu sualların cavabını tapmağı həqiqət axtaran oxuculara həvalə edirik.
NƏ ÜÇÜN ÖMƏR PEYĞƏMBƏRİN VƏFATINI İNKAR EDİRDİ?
Görəsən, Ömər doğrudanmı qəlbən Peyğəmbəri sevib ona hədsiz məhəbbət bəslədiyi və onun itirilməsindən şiddətli qəm-qüssəyə düçar olduğu üçün camaata qılınc çəkib onlara hədə-qorxu gəlirdi? Görəsən bəzi tarixçilərin yazdığı kimi, doğrudanmı Ömər həmin gün dəli olmuşdu?
Xeyr, əsla belə deyil, bunların səbəbi tamamilə başqa şeydir.
Böyük sünnü alimi İbni Əbil Hədid yazır: "Ömər Peyğəmbərin vəfat etdiyini bildikdə imamlıq və xəlifəlik üstündə çəkişmə başlanacağından, nəticədə ənsar və ya başqalarının xilafəti öz əllərinə keçirəcəyindən qorxub bu işləri gördü və mümkün olan hər bir yolla camaatı susdurmağı məsləhət bildi. Onun dediyi sözlərin hamısı Əbu Bəkri gözləməsi və hökümətin əldən çıxmaması üçün idi."
Bizim nəzərimizcə, İbni Əbil Hədidin dedikləri tamamilə doğrudur. Çünki, Ömərin qorxduğu şəxslərdən biri də Eli (ə) idi. O gün xəlifəliyə namizəd üç nəfər idi: Birincisi Əli (ə) idi və bütün Bəni Haşim tayfası onun tərəfdarı idi. Əbu Sufyan, Zübeyr, Xalid ibni Səid Əməvi, Bərra ibni Azib Ənsari, Salman, Əbuzər, Miqdad və başqa böyük şəxsiyyətlər Əli (ə)-i himayə edirdirlər.
İkincisi Xəzrəc tayfasının namizədi Sed ibni Ubadə Ənsari, üçüncü namizəd isə, Əbu Bəkr idi. Ömər, Əbu Ubeydə, Mugeyrə ibni Söbə, Əbdur-rəhman ibni Ovf, onu himaye edirdiler.
Bunlardan Sed ibni Ubadə hakimiyyət kürsüsündə otura bilməzdi. Çünki ənsardan olan ovs tayfası onunla müxalif idilər. Mühacirlərdən də onunla beyət edəcək bir kəs yox idi. Əgər Əbu Bəkrin tərəfdarları Əli (ə)-ın ələyhinə fəaliyyətə başlayıb Peyğəmbərin (s) dəfn mərasimi sona çatmamış öz tədbirlərini həyata keçirməsəydilər, xilafət yüz faiz Əli (ə)-a çatacaqdı. Əgər onlar Peyğəmbərin dəfn mərasimindən sonra xəlifə təyin olunan yığıncaqda Əli (ə)-ın da iştirak etməyinə imkan versəydilər, onda xilafəti Əli (ə)-ın qanuni haqqı bilən ənsar, mühacir, Bəni Haşim və Əbdul-Mənaf tayfasının bəzilərinin varlığı ilə Ömər heç vaxt öz məqsədinə nail olmayacaqdı.
Əgər doğrudan da Peyğəmbərin vəfatı Öməri ağır təsirləndirib onu bu qədər narahat etmişdisə onda Ömər heç vaxt Peyğəmbərə bu qədər məhəbbətlə yanaşı onun cənazəsini ortada qoyub "Bəni Saidə" səqifəsinə (kölgəliyinə) qaçıb Əbu Bəkrlə beyət etməz və Rəsuli-Əkrəmin (s) həqiqi dost və köməkçiləri ilə münaqişəyə başlamazdı.
Mənbə: Peyğəmbərin (s) Haqq Canişini - kitabından.
Müəllif: Seyyid Əli Əkbər Ocaqnejad



Следующее видео