Interaz

"Neftçi" klubu "Hapoel"-ə 4:0 hesabı ilə uduzub

59 282
0
0
01:20

Опубликовано:

Bakı, 1 avqust, SalamNews, R.Nadirli. Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

SalamNews xəbər verir ki, nüfuzlu turnirdə ölkəmizin yeganə təmsilçisi "Neftçi" səfərdə son İsrail çempionu "Hapoel"in (İroni Kiryat) qonağı olub. İlk matçda sərfəli nəticə qazanmağı planlaşdıran paytaxt klubunun buna nə dərəcədə nail olacağı maraqla gözlənilirdi. Amma çox təəssüf ki, komandamız 4 cavabsız qolla məğlub olaraq, növbəti mərhələ şansını çətinə saldı. Bu komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.

1 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyun

21:30. "Hapoel" (İsrail) - "NEFTÇİ" (AZƏRBAYCAN) 4:0

Qollar: Badaş, 41-pen., Şimon Abuhatzira, 52, Brayan Gerziçiç, 73, 76

Baş hakim: Alan Kelli (İrlandiya)

Hayfa. "Kiryat Eliezer" stadionu

Следующее видео