Oo

Neftçi - Bakı oyunundan sonra Elvin Əliyevin döyülməsi

153 011
0
1
05:06

Опубликовано:

Premyer Liqanın VII turunun "Neftçi" - "Bakı" görüşündən sonra dava düşüb. Paltardəyişmə otağından çıxarkən naməlum bir neçə şəxs "Bakı" klubunun futbolçusu Elvin Əliyevə hücum edərək onu döyüb yaralayıblar.
Elvinin üz-gözü qan içində olub. Polislər baş verən olaya müdaxilə etsələr də, çətinlik çəkiblər. Ancaq tərəfləri ayırmaq mümkün olub.
Hazırda Elvin Mərkəzi Arenadadı. "Bakı"nın rəsmiləri də onun yanındadı. Bir azdan rəqib komandanın rəsmiləri də gəldilər. Tərəflər Elvinlə birlikdə hadisəni araşdırmaq üçün "Neftçi"nin bazasına yollandılar.
Elvin Əliyev baş verən olayla bağlı "FutbolPress.az"a açıqlamasında bunları deyib: "Meydanda olarkən "Neftçi"nin futbolçusu Mirhüseyn Seyidovla mübahisə etdik. Mənə varyox söyüşü söydü. Bu olay daha da böyüdü. Oyundan sonra da platardəyişmə otağından çıxanda yenə mübahisəni uzatdı. Həmin anda kostyumlu bir nəfər mənə yaxınlaşıb - "Elvin sənsən?" - dedi. Dedim ki, bəli. Bunu deyən kimi mənə hücum çəkib yumruq atdı. Daha sonra 4-5 nəfər də üstümə düşüb məni döydülər".
Aldığımız məlumata görə Elvin Əliyev "Neftçi" futbol klubunun mühafizəçiləri tərəfindən döyülüb. Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə "Bakı" klubunu vitse-prezidenti Zeynal Məmmədov təcili stadiona gəlməli olub.
Qeyd edək ki, analoji insident ötən mövsümün bu komandalar arasında keçirilən son oyununda da baş vermişdi. Həmin vaxt "Bakı"nın futbolçusu İbrahim Karqbo hücuma məruz qalmış və rəqiblər arasında dava düşmüşdü.

#döyülməsi #elvin #əliyevin #sonra #oyunundan #premyerliqanınviiturununneftçi-bakıgörüşündənsonradavadüşübpaltardəyişməotağındançıxarkənnaməlumbirneçəşəxsbakıklubununfutbolçusuelvinəliyevəhücumedərəkonudöyübyaralayıblarelvininüz-gözüqaniçindəolubpolislərbaşverənolayamüdaxiləetsələrdəçətinlikçəkiblərancaqtərəfləriayırmaqmümkünolubhazırdaelvinmərkəziarenadadıbakınınrəsmiləridəonunyanındadıbirazdanrəqibkomandanınrəsmiləridəgəldilərtərəflərelvinləbirlikdəhadisəniaraşdırmaqüçünneftçininbazasınayollandılarelvinəliyevbaşverənolaylabağlıfutbolpressazaaçıqlamasındabunlarıdeyibmeydandaolarkənneftçininfutbolçusumirhüseynseyidovlamübahisəetdikmənəvaryoxsöyüşüsöydübuolaydahadaböyüdüoyundansonradaplatardəyişməotağındançıxandayenəmübahisəniuzatdıhəminandakostyumlubirnəfərmənəyaxınlaşıb-elvinsənsən-dedidedimkibəlibunudeyənkimimənəhücumçəkibyumruqatdıdahasonra4-5nəfərdəüstümədüşübmənidöydüləraldığımızməlumatagörəelvinəliyevneftçifutbolklubununmühafizəçiləritərəfindəndöyülübhadisəşahidlərininmusavatcom-averdiyiməlumatagörəbakıklubunuvitse-prezidentizeynalməmmədovtəcilistadionagəlməliolubqeydedəkkianalojiinsidentötənmövsümünbukomandalararasındakeçirilənsonoyunundadabaşvermişdihəminvaxtbakınınfutbolçusuibrahimkarqbohücumaməruzqalmışvərəqiblərarasındadavadüşmüşdü #neftçi #bakı

Следующее видео