Video Machine

Nardaranda quruculuq işləri davam edir - ƏN SON GÖRÜNTÜLƏR

78 726
0
0
02:39

Опубликовано:

Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında Sabunçu rayonunun Nardaran qəsəbəsinin abadlaşdırılması, sosial-mədəni infrastrukturun yenilənməsi, həmçinin sosial problemlərinin həlli məqsədilə dövlət büdcəsindən 12 milyon manat məbləğində vəsait ayrılıb. Hazırda sözü gedən sərəncamın icrası məqsədilə qəsəbədə genişmiqyaslı işlərə başlanılıb. Görüləcək tədbirlərə qəsəbə ərazisində bir sıra sosial-inzibati binaların inşası da daxildir. Hazırda Nardaranda yeni polis bölməsinin inzibati binasının inşası davam edir.
"Nardaran qəsəbəsinin "İmam Hüseyn" meydanında burada yerləşəcək polis bölməsi üçün yeni inzibati binanın inşası tam sürətlə davam etdirilir. Fəhlələr işlərin yaxın vaxtlarda, yüksək keyfiyyətlə başa çatdırılacağını bildirirlər".
Qəsəbənin yolları da diqqətdən kənarda qalmayıb. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron və Nəsrulla Cəfərov küçələrində yollar təmir olunur və yeni asfalt örtüyü çəkilir. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli iki küçənin uzunluğunun 3 kilometrə yaxın olduğunu deyir:
"Ümumilikdə, qeyd edim ki, bu iki küçənin uzunluğu təqribən 3 kilometrə yaxındır. Burada küçələrin biri 18, digəri isə 16 metr genişləndiriləcək. Hazırda genişləndiriləcək sahəyə düşən obyekt və yaşayış sahələrinin sökülməsi işləri aparılır. Bundan sonra həmin küçə tam müasir görkəm alacaq. Bundan başqa yollarda işıqlandırma sistemi də yeniləcək".
Qurum rəsmisi təmir olunan yolların hərəkət hissəsinə düşən kommunikasiya xətlərinin də köçürüləcəyini bildirib.
Qəsəbədəki inzibati və yaşayış binalarının yanğından effektiv mühafizəsi, baş verə biləcək fövqəladə hallar zamanı vaxtında və çevik müdaxilənin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Yanğınsöndürmə Hissəsi üçün yeni bina inşa olunur.
"Binaya üç ədəd yanğınsöndürmə avtomobili də ayrılacaq. Həmçinin, binada 18 metr hündürlüyündə müşahidə qülləsinin inşası da nəzərdə tutulub".
Bununla yanaşı, qəsəbənin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi məqsədilə, mövcud işıq xətlərinin yenilənməsi məqsədilə yeni işıq dirəkləri quraşdırılır. Qəsəbə sakinləri görülən işləri birmənalı olaraq dəstəklədiklərini bəyan edirlər.
Xəbər Saytımız: ► http://goo.gl/8QbFXN
DİQQƏT: Videonu izlədikdən sonra ya Bəyənin yada Bəyənməyin!
Video haqda fikirlərinizi bildirərkən Şərh yazarkən özünüzü və ailənizi düşünərək şərh yazın. Şərhlərə nəzarət olunur!
ETIKADAN (TƏRBİYƏ ÇƏRÇİVƏSİNDƏN) Kənara Çıxmayaq...
Belə olan halda şərhlər Silinəcək....!
Diqqətiniz üçün təşəkkürlər...
Salam Siz Bizim Kanalımıza Abunə Olmusunuz ?
Biz Ən Fərqli, Ən Son Xəbərləri Paylaşırıq.
Dünyadan və Bölgələrdən Xəbərlər Bu Kanalda
Zəhmət Olmasa Dəstək Üçün Kanala Abunə Olun!
╚► Subscribe
╚► Подписаться
╚► Abone Ol

"xezer tv" "xezer tv 2015" "son xeberler" "Son Xeberler" "Son Xəbərlər" "xezer xeber" "xezer xeber 2015" "xeberler bugun"
"xeberler bugun 2015" "xeberler" "xeberler 2015" "xeberin varmi"
"xeberin varmi 2015" "xeber az" "xeber az 2015" "xeber" "xeber 2015" "xeber 2016" "xeberler 2015" "xeberler 2016" "xeberin yoxdu" "xeberin yoxdu 2015" "xeberler xezer tv" "xeberler xezer tv 2015" "xeberci" "xeberci 2015" "xeberler yeni" "xeberler teze" "xeberler son" "xeberler dunen" "xeberler ans" "xeberler atv" "xeberler aztv" "son xeberler" "yeni xeberler"

Следующее видео