Togrul Naj

Nar Bagi - Pomegranate Orchard Trailer English Subtitles 2017

71 939
0
0
02:08

Опубликовано:

Film Anton Çexovun məhşur “Albalı bağı” pyesinin motivləri əsasında çəkilib.Hadisə əyalətlərdən birində baş verir. Şamilin (Qurban İsmayılov) iri nar bağı var, onu kəndin imkanlı adamlarından biri (Kazım Abdullayev) almaq istəsə də o, satmır. Onun oğullarından biri ölüb, digəri Qabil (Səmimi Fərhad) isə evlənib, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Baba gəlini Sara (İlahə Həsənova) və 11-12 yaşlı nəvəsi Cəlalla (Həsən Ağayev) yaşayır. Günlərin birində gözlənilmədən oğul qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını deyir, nar bağını satdırır və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qayıdır.Çünki onun başqa ailəsi var və borcu olduğundan qızı girov götürülüb.Bu pul ona qızının xilası üçün lazımdır...[1]

Filmə Metropark Park Cinema kino zalında 7 noyabr tarixində baxa bilərsiz.
Ətrafli məlumat üçün:
https://www.facebook.com/events/45039...

Filmin dünya premyerası Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib.

Azərbaycanfilm və Butafilm birgə istehsalı.

Rejissor - İlqar Nəcəf
Bəstəkar - Firudin Allahverdi
***
İfaçılar:
Tar - Şəhriyar İmanov
Balaban, Bas Balaban - Ələfsər Rəhimov
Kamança, Bəm Kaman - Rauf Məsimov
Violonçel - Asim Əhmədov
Dəf - Ramil Cahangirov

Следующее видео