Ramin

Masallıda Gənclər Mərkəzi açılmışdır Prezident İlham Əliyev açılış mərasimində iştirak etmiş, bölgə gənclərinin nümayəndələri ilə görüşmüşdür

115 910
0
0
03:31

Опубликовано:

Bakı, 14 mart (AzərTAc). Prezident İlham Əliyev martın 13-də Masallıya səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanmışdır.
Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını əks etdirən fotoguşələr yaradılmışdır.
Bildirildi ki, mərkəzin oyun zalı müasir avadanlıqla təchiz edilmişdir. Mərkəzdə rəsm qalereyası da gənclərin ixtiyarına verilmişdir. Burada gənc rəssamların sərgiləri təşkil olunacaq və digər tədbirlər keçiriləcəkdir.
Qeyd edildi ki, tir otağı iki hissədən ibarətdir. Birinci hissədə 10 metrlik məsafədən atəş açmaq üçün pnevmatik tir otağı yaradılmışdır. Almaniya avadanlığının quraşdırıldığı bu otaqda pnevmatik tüfəng və tapançadan atəş açmaq mümkündür. Bunların hər ikisi idmanın olimpiya oyunları növüdür.
Diqqətə çatdırıldı ki, otağın ikinci hissəsi interaktiv atıcılıq tiridir. Burada 30-a qədər müxtəlif proqramlardan istifadə etmək imkanı yaradılmışdır. Onlardan ikisi olimpiya idman növüdür.
Prezident İlham Əliyev pnevmatik tapançadan hədəfə atəş açdı.
Dövlətimizin başçısı kinozalda 3D formatlı filmə baxdı.
Bildirildi ki, Gənclər Mərkəzində multimedia kitabxanası da fəaliyyət göstərəcəkdir. Prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq kitabxanada böyük işlər görülmüşdür. Kitabxananın fondunda 5 min nüsxə bədii ədəbiyyat, eləcə də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş qiymətli kitablar vardır.
Məlumat verildi ki, kompyuter otağında yüksək sürətli internetə qoşulmuş12 kompyuter vardır. Burada kompyuter bilikləri üzrə xüsusi kurslar da təşkil olunacaqdır.
Qeyd edildi ki, açıq tipli kafedə gənclərin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Otuz nəfərlik konfrans zalında gənclərlə bağlı istənilən tədbirin keçirilməsi mümkündür. Burada ən son texnologiyaya əsaslanan səs avadanlığı quraşdırılmışdır. Mərkəzdə gənclər üçün xarici dil kursları da təşkil olunmuşdur. Bütövlükdə yeni mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində və onların intellektual səviyyələrinin artırılmasında mühüm rol oynayır.
Prezident İlham Əliyev Gənclər Mərkəzinin konfrans zalında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan gənclərin nümayəndələri ilə görüşdü və çıxış etdi.

Следующее видео